Gəlin heç vaxt pula aldanmayaq!

Şərhlər: 8
Baxılıb: 502
Paylaş:
Səs ver:
(səs: 4)
Vaxtilə çox varlı bir adam vardı. O qədər varlı idi ki, malının və pulunun hesabını bilməzdi. Yenə də son dərəcə xəsis idi.

Günlərin bir günü qapısına bir kasıb gəldi kömək üçün.
- Allah xətrinə qarınımı doyurun, deyərək yalvardı. Mərhəmətsiz varlı:
- Rədd ol qapımdan. İşləyib qazanmaq əvəzinə dilənirsən, utanmırsanmı? Rədd ol dedim...
Kasıb boynunu bükdü.
- Nə qəribədir. Mən kasıb olduğum üçün üzümü buruşdururam, sən varlı olduğun halda gülməyi, gözəl söz söyləməyi unutmusan.
- Rədd ol dedim, rədd ol..
- Qürurlanma, nə kasıblıq, nə zənginlik əbədidir.. Bir gün bütün malını itirib kasıb ola biləcəyini heç düşündünmü?
Mərhəmətsiz varlı tamamilə əsəbiləşdi. Xidmətçisinə qışqırdı:
- Rədd et bunu başımdan! Xidmətçi əzilə-əzilə kasıbı qovdu. Bir neçə il keçdi...

Mərhəmətsiz xəsis varlının işləri pozuldu. Hər şey tərs getməyə başladı. Sanki qızılı tutsa kömür olurdu. Bütün pulu qısa müddət içində ərimiş, əlində ovucunda heç bir şey qalmamışdı.

Və bir gün xidmətçisi qarşısında dayandı:
- Mənə icazə ver,-dedi. Pulumu verə bilmədiyin üçün yanında işləyə bilmərəm. Özümə başqa bir ev axtarıram.
Köhnə varlı qışqıra-qışqıra xidmətçini qovdu. Xidmətçi getdi, mərhəmətli bir varlının yanında iş tapdı. Yeni müdiri çox yaxşı ürəkli idi. Qapısına gələn hər kasıbın qarnını doyurar, paltar verər, cibinə də bir miqdar cibxərcliyi qoyub duasını alar, elə göndərərdi.

Bir gün yenə qapısına bir kasıb gəldi. Adam pərişan halda idi. Günlərcə yemək yemədiyi ilk baxışda məlum olurdu. Qapıdan əlini uzatdı:
- Allahın razılığı üçün bir dilim çörək verin.
Yaxşı ürəkli, mərhəmətli və comərd varlı xidmətçisini çağırdı. Qapıdakı dilənçini göstərib:
- Yemək ver,-deyə əmr etdi, kürəyinə paltar geydir, cibinə cibxərcliyi qoy...
Xidmətçi qapıdakı dilənçiyə yemək apardı. Amma üzünü görəndə heyrət içində qaldı. Varlıya tərəf qaçdı təngnəfəs:
- Bəy,-deyə danışdı, qapıdakı dilənçi kimdir, bilirsinizmi?..
- Kimdir?..
- Mənim köhnə müdürüm! Yanından ayrıldığım xəsis varlı!..

Mərhəmətli varlı gülümsədi.
- Bəs məni tanıdınmı?-deyə soruşdu. Sən onun yanında işləyərkən qapısına gəlmişdim. Məni qovmağını söyləmişdi. İşlə və qazan, dilənməyə utanmırsanmı? demişdi. Allahın hikmətinə bax ki, o kasıblaşdı mən varlı oldum. Kimsə sərvətinə güvənməməlidir, kimsə də kasıblığından utanmamalıdır. Allah hər kəsin Rəbbidir, bol xəzinəsindən istədiyinə verər. Qul özünə verilən sərvəti Allah yolunda xərcləməlidir...

Gəlin heç vaxt pula aldanmayaq!

loading...
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 502
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
heyatda hec bir sey ebedi deyil omur kimi
30 mart 2016 01:01
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Şəbnəm Vüsal
Allah verdiyi nemeti sevgini xowbextliyi her an ala biler.odurki elimizde olan her weyin qedrini bilek.esas da sevdiklerimizin
29 mart 2016 21:19
7
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
Antikvar
İbrətamiz hekayə idi,real həyatda belə bu xarakterdə olan insanlarımız var,hətta tanıdıqlarım var ,bir müddət imkanı olduğuna görə evdə uşaqlarını oynadıb onların başına pullarını(dollarını) tökən ,daha sonra özündən aşağı vəziyyətdə olanın ağzına paçqa pulları salıb şəkil çəkdirən amma sonda düşdüyü vəziyyət pulsuzluq ondan bundan borc pul almaq.
İnsan özünü pul olan və olmayan zamanda davranışını bilsin gərək,heç kimə özündən aşağı baxmasın bir kağız parçası nədi ki,ona görə insanlığını unudasan,bir əlinlə verməyi bacarasan ki,digər əlinə Allah görüb yetirsin sənə.Bizə fani dünyada yaxşılıq qalar ,hər bir şeydən dəyərli görünən pul yox.
Oxumaq maraqlı oldu təşəkkürlər
29 mart 2016 19:53
6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
BARBI
Cox ibretamiz sondur. Heyatda hec kes var dovlete arxalanma. Gun geler elinnen geder. Esas insanliqdir
29 mart 2016 19:08
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Barbaris
pul el cirkidir
29 mart 2016 18:57
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
29 mart 2016 18:55
3
Offline
Fialka
İbrətamiz hekayə idi. Mərhəmətli və yardımsevər olmaq insan üçün daha bir müsbətdir nəinki xəsis olmaq.. Nə qədər Allah ruzi verərsə o ruzidən ehtiyacı olanlarada kömək etmək lazımdır belədə o ruzi azalmır əksinə daha da çox olur necə deyərlər bir əl alanda bir əldə verməlidir...
29 mart 2016 18:37
2
Offline
lale.veliyeva19
dünya malı dünyada qalacaq....
29 mart 2016 18:33
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv