Evakuasiya romanından

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 777
Səs ver:
(səs: 3)
Riyaziyyatı hardasa başa düşmək olar . Rəqəmlər , hesablar sabah hansısa məsələdə bizə lazım olacaq. Evə divan alanda ölçüsünü bilmək üçün ya bazarlıq eləyəndə çəkini bilmək üçün , pulu saya bilmək üçün. Riyaziyyat lazım ola bilər. Ədəbiyyatı da başa düşdüm yazıçıdı , şairdi bu adamlar millətin xarakterini formalaşdırır , mənəviyyatını zənginləşdirir.
Ama bu zəhirmara qalmış Qacar şahın hakmiyyəti illəri , ya slavyanların yürüşü , ya Fətəlli xanın birinci tutduğu vilayət , sonrada ikinci tutduğu vilayət , döyüşlər arasındaki il fərqi - bax bunu heç cür anlaya bilmirəm. Axı bu zəhrimar rəqəmləri nəyə görə əzbərləməliyəm ? Həyatın hansı anında mənə lazım olacaq bu rəqəmlər , bu xırdalıqlar ? Bakıda yüzminlərlə şagird var , hamısı 11-ci sinifə kimi milyonlarla mənasız faktı əzbərləyir , doğrudan mənasız və heç kimə lazım olmayan faktı əzbərləyir və bu bizim dilimizdə " Elm " adlanır . Bu nəyə lazımdır ki ? Mənim nəyimə lazımdır nə vaxt olub ? Hunların iknci yürüşü ? Bu mənə kimisə sevməkdə , ərə getməkdə , ya sabah restoran açıb biznes qurmaqda , ya xaricə köçüb işləməkdə necə kömək ola bilərki ? Yəni elə bir ehtimal varki , kimsə mənə küçədə yaxınlaşıb Hunların yürüşünün nə vaxt olduğunu soruşsun ? Əlbəttə ki yox . Bunu atama da , anama da demişəm . Hətta onların özündən də soruşmuşam , onlar da bilməyiblər . Bu hadisəni bizim qoca , əlləri əsən tarix müəllimimizdən başqa heç kəs bilmir . Bir gün direktor sinifə girən kimi birinci məni qaraladı - " Niyə dərsə qulağasmırsan ? " Sualın cavabında məndə sual verdim : " Hunların yürüşü nə vaxt olub ? " O gözlərini bərəldib susdu . Hunların bu zəhrimara qalmış yürüş illərini direktorda bilmirdi .

Müəllimlərlə uzun uzadı mübahisələrim , imtahandan aldığım ikilər , verdiyim suallar , geyindiyim paltarlar , bütün bunlar onlarda gülüş və təəccüb dogurur . Uşaqların çoxu elə bilirki valideyinlər nə desə onu etmək lazımdı , müəllim nə tapşırırsa onu oxumaq lazımdır . Elə bilirlər sabah 5 alsalar Mersedesləri olacaq , villaları da . Daha bilmirlər ki , dərs başqa iş başqa . Mənsə heç bir halda dilimi qatlayıb yerimdə oturmuram , elə bil susmaq və itaət etmək düyməsi mənim beynimdə işləmir . Bu sonuncu ili də bitirib rəssamlıq akademiyasına daxil olacam . Ən yaxşısı rəssamlıqdı . Aglıma gələni çəkib , üstünə 2000 euro qiymət qoyacam . Qoy bir il , iki il heçnə qazanmayım , amma bir gün bir varlı adam elə biləcək ki , bu rəsimdə böyük fəlsəfə var - və alacaq . Axı mənim kimi qızları heç bir şirkəttə işə götürməzlər . Amma rəssam olsam bütün dəliliyimi , qeyri adiliyimi mənim xüsusi istedadımla əlaqələndirəcəklər . Onda istədiyim hər şeyi edə biləcəm . Camaatda baxıb deyəcək ki , rəssam adamdı bədahətən aglına ideya gəlib ona görə gicləyir .
 
Müəllif: Elxan Zeynallı
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 1 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri