Axan ömrümə baxıram

Şərhlər: 2
Baxılıb: 2 928
Səs ver:
(səs: 2)
Göl kənarında yaşlı bir qoca dalğın-dalğın sürətlə axan suya baxırdı.Kənardan keçən gənc oğlan ona yaxınlaşıb:
 Baba çox düşüncəlisən nəyə baxırsan elə? deyə soruşdu.
Qoca baba içini çəkərək "Axan ömrümə baxıram” dedi.
Gənc oğlan ağ saqqallı,nur üzlü yaşlıdan maraqla soruşdu." Bir insanın ömrü nə qədər olurki ?” 
Yaşlı adam şirin bir gülümsəmə ilə " Azanla Namaz arası qədərdir” deyincə  gənc oğlan özünü saxlaya bilməyib həyəcanla  "Necə yəni omür bu qədər qisadırmı?”  deyə soruşur.
Qoca baba "Bəli ömür namazsız azanla azansız namaz arası qədərdir”.Gənc oğlanın təəcüblü baxışlarını görən qoca izah etməyə başladı.Yəni,dünyaya bir körpə gələr,onun qulağına Azan oxunar .Bax o, Azanın Namazı qılındımı?Qılınmadı.O, Azan Namazsız Azandır.İnsan öldüyü zaman qılınan cənaze namazının da Azanı yoxdur.Oda Azansız Namazdır.Əslində o namazın Azanı insan doğulunca qulağına oxunmuşdu.Bax ey insan ! Doğuldun,amma bir gün öləcəksən.Ömür dediyin nədirki,tez qurtarır.Çalış vaxtını boşa ziyan etmə.Həyatını yaxşı dəyərləndir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri