İntihar

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 2 376
Səs ver:
(səs: 2)
(İntihar edən bir qızın dilindən)
- Bu mənəm, bir neçə dəqiqə əvvəl intihar edən şəxs. İntahardan sonra və əvvəl yaşadığım hissləri, sizlərlə bölüşməyimə, icazə verdi Tanrı. Bunun üçün minnətdaram yaradana, lakin vaxtım elədə çox deyil...
- İntahar:
- Xəzər sahilində son dəqiqələrimi yaşayırdım. Artıq bəlli idi, məxsus olacağım yer.Bu gün dəniz çox həzin idi, sanki onda boğulacaq bir canlı üçün layla çalırdı. O qədər halsız idim ki, əlimi qaldırıb, göz yaşımı silə bilmirdim. Çox üşüyürdüm, halbuki qalın geyinmişdim əynimi. Artıq, bu şəhərdə keçirdiyim hər saniyəni, zaman sərfi kimi düşünürdüm. Bir-təhər əlimi qaldırıb, paltomun qolu ilə burnumun suyunu sildim. Bir-iki addım önə gedib, şəhəri son dəfə izlədim. Bulvar bu gündə gözəl görsənməyə çalışırdı. Gözümü yumub, cansız kimi görsənən bir bədəni suya tulladım. Dənizə, ilk burnumun toxunduğunu hiss etdim...
- Su o qədər soyuq idiki, yalvarırdım Tanrıya, bir dəqiqə zamanı geriyə çəkməsi üçün. Su, bədənimin hər bir nöqtəsini səssiz bir şəkildə doğram-doğram edirdi. Həmin o suda keçirdiyim bir neçə saniyədə, bütün gəncliyim gözümün önündə canlandı, bir fraqment kimi... 
- İlk düşündüyüm bu oldu: Kaş evə qayıda bilsəm,anam məni axtarar indi. Atam şəkər xəstəsidir, bilib üzülər. 
- Üzülər dedim?
- Üzür istiyirəm, ağlım, uşağlığıma getdi, məni kefsiz görüb, üzülər deyə.
- Hər şey artıq gec idi. Nə o son bahar, nədə qarda üşüyən əllər qalmışdı. Bir neçə saniyə ərzində, illərdi darıxdığımı hiss etdim. Həmin an uşaq kimi, anam bilib üstümə qışqırar deyə çox qorxurdum. Arzular bitmək bilmir suyun dərinliklərində. Kaş yenə uşağ olsam, gəlinciyimin bəzəyərkən, "qızım tez ol, yemək soyudu" desə anam. Kaş yenə, evdə işıqlar sönərkən "ad-soyad" oynunu oynuya bilsəm. Kaş.... Arzular bitməz, amma sən bitərsən. Ölmək üçün tələsərsən, lakin dəniz buna məhəl qoymaz, səssiz-səssiz kəsər vücudunu. 
- Düşünərsən, düşünərsən ki, sabah olacaq, səhər açılacaq, amma mən daha olmuyacam. Hər gün davam edəcək, hər gecə axşam düşəcək, amma mənim otağım kimsəsiz qalacaq...
- Hər kəsə qısqandığım bacım evlənəcək, qızına mənim adımı qoyacaq, amma mən olmuyacam. Həyatda deyil, hansısa yaxınımın adında yaşayacam. Atam siqaret çekməyə başlayacaq yenə. Gündə mənimlə dalaşan böyük qardaşımda, otağın bir küncündə hönkür-hönkür ağlayacaq, uşaq kimi lap...
- Və bağışlanmaq üçün gözlərinlə yalvarıb, köçərsən həyatdan. Tanrıdan ilk və son istəyim, bunları yazmaq üçün, istədiyim vaxt oldu. Beynində intihar fikri olan insanlara çatdırın bu yazını, anlasınlar ölümün nə olduğunu azda olsa. Əgər beyninizdə intihar fikri varsa, elə indicə öldürün onu. Onu öldürmək günah deyil, and olsun... Əksinə yaşatmaq günah. Xahiş edirəm yaşayın, yaşatmıyın onu düşüncənizdə...

Son olaraq:
- Səni sevirəm ata, məni bağışla ana. Ata sənki incimərsən məndən, gəl yenədə incimə, sən əla atasan. Dünyanın ən yaxşı atası'sən'! Sizləri sevirəm...
- Süleyman Əliyev
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 376
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri