Bəlkə
də ən böyük rəssam olan Vinsent Van Qoqu xatırlamağını istəyirəm. Atası
onun din adamı olmasını, sadəcə bu dünyada deyil, həm də digər dünyada
nüfuzlu, rahat və düzgün bir həyat yaşamasını istəyirdi. Amma Vinsent
van Qoq rəssam olmaq arzusundaydı. Buna görə atası ona "sən dəlisən!"
deyirdi.
O
isə cavabında "Ola bilər. Mənə görə də dəli sənsən. Rahib olmaqda heç
bir məna görə bilmirəm, çünki əgər rahib olsam yalandan başqa heç bir
şey söyləyə bilməyəcəm. Mən tanrını tanımıram. Cənnət və cəhənnəmin
mövcud olub-olmadığını bilmirəm. İnsanın ölümdən sonra
yaşayıb-yaşamadığından xəbərim yoxdur. Davamlı olaraq yalan söyləyəcəm.
Təbii ki, bu nüfuzlu işdir, amma bu cür hörmət mənlik deyil. Mən
bunlardan həzz ala bilmirəm, ruhuma işgəncə olar". Bu sözlərdən sonra
atası ondan imtina edir.
O,
rəsm çəkməyə başlayır - və ilk modern rəssama çevrilir. Vinsent van Qoq
bir dəyişim nöqtəsidir: ondan öncə rəsm çəkmək adi bir şey idi. Hətta
ən böyük rəssam Mikelancelo belə, onunla müqayisədə geri qalır, çünki
çəkdikləri çox adi idi. Əsərləri bazarda satmaq üçün çəkirdilər.
Mikelancelo bütün həyatı boyu kilsə üçün kilsə divarlarına və
tavanlarına rəsmlər çəkir, tavanlarda işləyərkən bel sümüyünü qırır,
çünki bu iş zamanı o dayanmadan uzanıqlı işləməli idi. Bu çox narahat
bir duruş idi, günlərcə, aylarca durmadan belə işləmək... Amma o bununla
pul və hörmət qazanırdı. Mələklərin, İsanın, dünyanı yaradan Tanrının
rəsmlərini çəkirdi. Ən məşhur əsəri dünyanı yaradan Tanrı haqda olan
əsəridir.
Vinsent
van Qoq tamamilə yeni bir yol açdı. Bütün həyatı boyu bir dənə belə
rəsm əsəri sata bilmədi. İndi kim deyə bilər ki, onun əsərinin hər hansı
bir mənası var? Onun əsərlərində hər hansı bir şey görə bilən bir insan
da yox idi. Kiçik qardaşı ona acından ölməməsi üçün bir həftəlik pul və
ərzaq göndərirdi - əgər bir aylıq göndərsəydi, Van Qoq onun hamısını
iki günə bitirər və qalan günlər ərzində acından ölərdi. Beləcə, ona
həftəlik pul göndərməli idi.
Vinsent
van Qoq dörd gün yemək yeyir, geridə qalan üç gün isə boya və kətan
üçün pul yığmağa çalışırdı. Bu kifayət qədər pul qazanan və zəngin bir
insan olan Mikelancelodan tamamilə fərqli bir şey idi. Mikelancelo bütün
əsərlərini satırdı, əsərlər satılmaq üçün çəkilirdi, bu biznes idi.
Əlbəttə ki, o da böyük bir rəssamdır, buna görə də satış üçün çəkilən
rəsmləri də gözəl bir şəkildə ortaya çıxırdı. Amma van Qoqdakı cəsarət
onda olsaydı, bütün dünyaya zənginlik qatardı.
Üç
gün aclıqdan sonra Van Qoq pulları boya və kətan almaq üçün istifadə
edirdi. Heç bir əsərini sata bilmədiyini eşidən qardaşı bir gün bir
adama pul verir - Van Qoqun tanımadığı bir dostuna - və ona gedib ən azı
bir rəsm əsəri almağını söyləyir: "Bu onu bir az sevindirəcək. Yazıq
ölür, bütün günü şəkil çəkir, rəsmləri üçün ac qalır, amma heç kim bir
dənə belə almaq istəmir - onun etdiyi şeyi heç kim görmür". Çünki Van
Qoqun tablosunda bir şey görə bilmək üçün ən azı onun gözlərinə sahib
olmaq lazımdır, ondan az işə yaramaz.
Əsərləri
insanlara qəribə gəlirdi. Ağacları o qədər hündür çəkirdi ki, ulduzları
belə keçir, ulduzlar aşağıda qalırdı. İndi düşünəcəksən ki, bu adam
dəlidir... Vinsent Van Qoqdan "sənin ağacların hər zaman ulduzlardan
yuxarıda olur?" deyə soruşduqda o, "Bəli, çünki mən ağacları başa
düşürəm. Ağacların yer üzünün hər zaman ulduzlara qarşı hiss etdiyi
sevdası olduğunu duyuram. Yoxsa niyə? Ulduzlara toxunmaq, onları hiss
etmək, ulduzları keçmək - bu yer üzünün arzusudur. Yer buna cəhd etsə də
arzusunu həyata keçirə bilmir. Yer mənim rəsmlərimi anlayacaq. Sənin
bunları başa düşüb-düşmədiyin mənə maraqlı deyil".
İndi
sən belə bir əsəri sata bilməzsən. Qardaşının göndərdiyi adam gəlib
çatır və Van Qoq buna çox sevinir: nəhayət kimsə onun rəsmini almağa
gəlib! Amma tezliklə üzündəki sevinc yoxa çıxır, çünki adam içəri girir,
bir tablo seçir və pulunu verir.
Van
Qoq ondan "bu rəsmi başa düşdünüzmü?" deyə soruşur. "Sanki təsadüfi
birini seçdiniz, heç baxmadınız belə. Mənim yüzlərlə əsərim var.
Ətrafınıza baxma zəhmətinə belə girmədiniz. Sadəcə təsadüfən qarşınızda
duran bir rəsmi seçdiniz. Şübhələnirəm ki, sizi qardaşım göndərib. Rəsmi
yerinə qoyun və pulunuzu götürün. Gözləri olmayan insana rəsmimi sata
bilmərəm. Və qardaşıma deyin ki, bir daha belə bir şey etməsin." Həmin adam onun bunu necə anladığını təəccüb elədi. "Məni tanıyırsızmı, necə anladınız?" - deyə soruşdu.
"Çox
sadə" deyir Van Qoq. "Bilirəm ki, qardaşım mənə təsəlli vermək
istəyir." Yəqin ki, sizi bura o göndərib - və bu pul ona aiddir. - çünki
rəsmlərə qarşı kor olduğunuzu görə bilirəm. Və kor insana şəkil sata
bilmərəm. Kor bir insanı istismar edib ona necə şəkil satım? O bununla
nə edəcək? Və qardaşıma bunu da deyin ki, onun da şəkillərdən başı
çıxmır, yoxsa bura sizi göndərməzdi".
Qardaşı
bu məsələni öyrənir və üzr istəmək üçün gəlir. "Sənə kiçik bir təsəlli
vermək əvəzinə zərbə vurdum. Bir daha belə bir şey etməyəcəm".
Van
Qoq bütün həyatı boyu əsərlərini sadəcə dostlarına verirdi. Həftənin
dörd gününü yemək yediyi otelə və ya ona "sən yaraşıqlısan" deyən bir
küçə qadınına öz əsərini hədiyyə edirdi. Əslində o tamamilə çirkin
birisiydi. Həyatı boyu heç bir qadın ona aşiq olmamışdı, bu mümkün də
deyildi. Bir fahişə sırf rəhmi gəldiyi üçün, sadəcə öz mərhəmətinə görə
ona "səndən çox xoşum gəlir" - dedi. Van Qoq həyatı boyu belə şey
eşitməmişdi. Sevgi onun üçün çox uzaq bir anlayış idi. Hətta xoşlanmaq
belə...
"Həqiqətən məndən xoşun gəlir? Mənim nəyimi xoşlayırsan?" deyə soruşdu. Qadın nə edəcəyini bilmədi.
"Qulaqlarını"
dedi. "Onlar çox gözəl görünürlər". Yəqin ki, bunu eşitdikdə
təəccüblənəcəksən, Van Qoq evə gedir, qulağının birini ülgüclə kəsir,
onu səliqəli şəkildə paketləyir və yenidən gəlib həmin qadına verir.
Hər yer qan içərisində idi...
"Sən nə etmisən?" deyə qadın soruşur.
"Bu
günə kimi heç kim məndə nəyisə bəyənməyib" - dedi Van Qoq. "Mən
kasıbam, sənə necə sağ ol deyə bilərdim ki? Qulaqlarımdan xoşun gəlirdi,
onlardan birini sənə hədiyyə etdim. Əgər gözlərimi bəyənsəydin,
onlardan birini verərdim. Yox, özümü bəyənsəydin, sənin üçün ölərdim".
Qadın gördüklərinə inana bilmirdi. Amma Van Qoq ilk dəfə idi ki, sevincliydi, gülürdü, kimsə ona aid olan bir şeyi bəyənmişdi. Van
Qoq bütün həyatını kasıblıq içərisində yaşadı. Rəsm çəkərək öldü.
Ölümündən öncə bir il dayanmadan günəş rəsmi çəkdiyinə görə dəli
olmuşdu: yüzlərlə rəsm əsəri, amma heç biri o istədiyi kimi deyildi.
Bütün günü Fransanın ən isti yeri Arlesdə günəş başına vururdu - bu
təcrübə olmasa necə rəsm çəkə bilərsən ki? Ən son rəsmini çəkdi və sonra
dəli oldu, istidən və aclıqdan... amma daxilən xoşbəxt idi, hətta
dəliykən belə rəsm çəkirdi. Dəlilər evində çəkdiyi rəsmlərin indi
milyonlarla qiyməti var.
O,
adi bir şeyə görə intihar etdi - istədiyi hər şeyi çəkmişdi. Artıq
çəkəcəyi heç nə yox idi, ölümlü sona gəlib çatmışdı. Edəcəyi heç nə yox
idi. Yer tutmaq, kiminsə yerini işğal edərək yaşamaq, bu onun üçün utanc
idi.
Bütün
bunları qardaşına yazdığı məktublarında qeyd etdi:"İşimi bitirdim.
Həyatı istədiyim kimi dolu-dolu yaşadım. Çəkmək istədiyim şeyləri
çəkdim. Bu gün son rəsmimi bitirdim və indi bu həyatdan bilinməzliklərə
doğru atlayıram. Artıq həyatın mənim üçün bir mənası yoxdur"
Bu
insanı dahi olaraq dəyərləndirirsənmi? Bu insanın ağıllı və müdrik
olduğunu anlayırsanmı? Yox, ümumən onun sadəcə dəli olduğunu düşünərsən.
Amma mən belə deyə bilmərəm. Onun həyatı və rəsmləri iki fərqli şey
deyildi: rəsm çəkmək onun yaşam tərzi idi, bu onun həyatıydı. Bu hadisə
bütün dünyaya intihar kimi görünür - amma mənə elə deyil. Mənim üçün bu
sadəcə təbii bir son idi. Rəsmlər bitmiş, həyat tamamlanmışdı. Başqa
hədəf yox idi, Nobel mükafatını almaq və ya digərləri tərəfindən
dəyərləndirilməyin bir mənası yox idi.
Həyatı
boyu ona əsərləri üçün təşəkkür edən olmadı. Sağkən heç bir sənət
qalereyası onun rəsmlərini qəbul etmədi, hətta pulsuz belə. O
öldükdükdən sonra fədakarlığına görə rəsm sənətinin yavaş-yavaş bütün
dəsti-xətti dəyişdi. Van Qoqsuz Pikasso mövcud ola bilməzdi. Van Qoqdan
sonra gələn bütün rəssamlar ona borcludurlar, çünki bu insan rəsm
çəkməyin bütün istiqamətini dəyişdirmişdi.Yavaş-yavaş
istiqamət dəyişdikcə onun rəsmləri kəşf edildi. Böyük tədqiqat
başlandı. İnsanlar lazımsız olduğunu düşünərək bu rəsmləri boş evlərinə
və zirzəmilərinə atmışdılar. Qaçaraq zirzəmilərindən onları
tapdılar,təmizlədilər. Hətta çoxlu saxta Van Qoq rəsmləri bazara
çıxarlıdı. Hazırda sadəcə iki yuz tablo var, yəqin ki, o minlərlə
çəkmişdi. İndi bir Van Qoq əsərinə sahib olan hər hansı bir qalereya
bununla fəxr edir, çünki bu adam bütün həyatını bu rəsmlərə xərcləyib.
Onlar rənglərlə deyil, qanla,nəfəslə çəkilib - ürək döyüntüləri var
orada. OSHO