Qorxurdum

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 991
Səs ver:
(səs: 3)
Qorxurdum... Zəifliyimdən çox qorxurdum. Birinin məni yıxmasından, qalxmağa çalışdığım zirvədən düşəcəyimdən qorxurdum. Dost satqınından, sevdiyim şəxslərin məni itələyib darda qoyacaqlarından qorxurdum. Həyatımın böyük yalan olmasından qorxurdum. Daha qalxmayacağımdan çox qorxurdum.
Qorxum arxamda dayanmışdı. Hər addımımda izləyirdi məni. Mən bir az zəifləyən kimi canıma hopmağa çalışırdı. Budur, taqətdən düşürəm, dostlarım gülərək mənə baxır, tarazlığımı itirərək yıxılıram, sevdiyim şəxslər qəhqəhə çəkərək məndən uzaqlaşır. Qorxu isə sanki hər şeyin belə olacağını əvvəlcədən bilirmiş kimi mənə yaxınlaşırdı. Yox, mən buna imkan verə bilməzdim. O mənə qalib gələ bilməzdi, cəhd etməliydim, onunla mübarizə aparmalı idim. Gözlərimdən yaş axsa da, gülümsədim. Mənim paxıllğımı çəkənlərin, məni yıxanların acığına güclü olmalı idim Qollarıma qüvvət gələrək bədənimi qaldırmağa çalışdım. Yenə və yenə.. Aha alınır, deyəsən. Yox, yox, yenə yıxıldım, qorxum məni itələmişdi. Durmalıydım. Məğlub olmayacaqdım mən! Cəhd, yenə cəhd. Alınır, aman Tanrım, alınır. Yarı oturaq vəziyyətdə durdum. İndi ayağımla durmağa çalışmalıydım. Qorxuya baxdım. Təəccüblənmişdi, gözləmirdi bunu, amma yenə iyrənc dişlərini göstərərək məni itələməyə çalışdı. Bu dəfə bu üsul işə yaramayacaqdı. Artıq öz ayaqlarım üstdə idim və güvənim özümdən başqa heç kimə idi. Geniş təbəssümlə ona yaxınlaşıb divara sıxdım. Nəhayət, qalib gəlmişdim qorxuma. O bunu gözləmədiyi halda uduzmuşdu. Barmağımla bədəninə toxunduqda gözlərim önündə yanıb közərməyə başladı. Qışqırıb ah - nalə edirdi. Mən isə zəfərimlə şadlıq edirdim. Yanan qorxudan qığılcımlar yaranmışdı, rəqs edə - edə uçuşurdular. Onlar mənim yeni uğurlarım, qələbələrim, sevinclərim, xoşbəxtliklərim idi. . .
" Uğura çatmaq istəyirsən? Bu o qədər də asan deyil, dost. Uğura gedən yolda çoxlu səhvlərin olacaq, lakin qətiyyən yoldan dönmə. Doğruların da olacaq və yenə yanlışlar edəcəksən, hansı ki doğrularının üstündən xətt çəkəcək. Səni yıxıb darda qoyan, zərbə endirən dost, yaxınların olacaq. Amma sən təslim olma, dur! Yol hələ qabaqdadır... Gözlərini qapa və aç.. Budur, uğur sənindir!"
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 1 991
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri