Bir neçə gün öncə

Şərhlər: 3
Baxılıb: 1 834
Səs ver:
(səs: 1)
-Bir neçə gün öncə yağışlı bir gündə dayanacaqda gördüm onu. Biraz dəyişmişdi.Saçları uzun idi mən son gördüyümdə, kəsdirmişdi. Yanına getməmək üçün zorla saxladım özümü, amma uzaqdan çətinliklə olsa da üz cizgilərində də dəyişiklik hiss olunurdu, biraz yorğunmuş kimi. Hiss etdiklərimin də dəyişdiyini düşünmüşdüm həmin ana qədər, dəyişməmişdi, hətta hər şey elə bil yenidən başlayırdı. Bəlkə də, ömrümdə ilk dəfə marşrutun gec gəlməsini istəyirdim, zamanın dayanmasını, bir neçə dəqiqə daha izləmək onu. İlk dəfə idi yağış yağarkən bir qədər yaxınıydım ona. Bütün hər şey ağlımdan silinmiş kimi idi, heçnə düşünə bilmirdim həmin an. Xoşbəxtlik dedikləri belə olurmu bilmirəm, amma ayaqlar nə yaxına, nə də uzağa getmək istəyirdi, hərəkətsiz qalmışdım yerimdə. Bir tərəfdən də zamanın tez keçməsini istəyirdim, yenidən o hissləri yaşamağa heç hazır deyildim, ancaq bu fikrimi dəyişdiyimdə artıq yox idi orda, marşruta minib getmişdi.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri