Qərarsızlıq ən pis qərarlardan belə betərdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 016
Səs ver:
(səs: 2)
Professor əlində bir siçan və qutu ilə auditoriyaya girdi. Tələbələrin heyrət dolu baxışları arasında siçanı qutunun içinə qoydu və qutunu bağladı. Salona dönüb: "Bu qutuya iki gün heç kim toxunmasın!” dedi və auditoriyadan çıxıb getdi. Salondaki tələbələr hadisəyə bir məna verə bilmədilər və olayı maraq edərək iki gün gözlədilər. İkinci günün sonunda professor auditoriyaya girdi və qutunu açdı. Qutunun içindəki siçan ölmüşdü. Auditoriyaya dönərək siçanın nədən ölmüş ola biləcəyini soruşdu.
- Havasızlıqdan, aclıqdan, susuzluqdan?
Hər tələbə ola biləcək ehtimalları sayır. Professor qutunu havaya qaldırıb içini tələbələrə göstərdi. Qutunun hər tərəfi gəmirilmiş vəziyyətdə idi.
- Görürsünüz? Siçan burdan çıxmaq üçün çox mübarizə aparmış. Bunu qutunun içindəki vəziyyətdən anlıyırıq. Nəticədə siçanı sizin dediyiniz kimi nə havasızlıq nə də aclıq öldürdü. Siçanı qərarsızlıq öldürdü!Siçan qutunun hər yerini parçalamaqdansa sadəcə qutunun bir küncünü parçalasaydı ve bunda da qərarlı olsaydı çıxıb qurtulacaqdı.
Hayatda zamanla qərarsızlıqla qarşılaşarıq. Qərarsızlıq nəticəsində bizim üçün ən qiymətli varlıq olan zamanı itirmiş oluruq. Hədəflərinizi dəqiq seçin. Çünki həyat qərarsızlıq içərisində üzəcək qədər uzun deyil.
Qərarsızlıq ən pis qərarlardan belə betərdi..
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri