Deyirlər

Şərhlər: 5
Baxılıb: 447
Paylaş:
Səs ver:
(səs: 2)
Deyirlər,insanlar kədərli görünə bilirlər.Amma kədərin özünü indiyə qədər görən olmayıb.Bəs kədər yoxdursa nədir bu insanları üzən ?Hə,bir də sən kədərli olarkən haradan tapır insanlar deyib-güləcək şeyləri,maraqlı deyil ?Nəysə,amma kədərli olarkən birisini doğma sanıb sarıla bilmək gözəl hissdir,məncə...
Deyirlər,insanlar sevincli görünə bilər.Amma sevincin özünü indiyə qədər görən tapılmayıb.Sevincli olarkən keçirdiyin hissləri bircə sən anlayırsan.Amma,sevincli olarkən birisini doğma sanıb sarıla bilmək gözəl hissdir,məncə...Deyirlər,insanlar dostluq etməyi bacarırlar.Dost luğu öz gözləriylə görən və ona toxuna bilən şəxsi tapmaq uğrunda axtarışlar hələ də davam edir.Bəlkə də dayandırılıb,dünyadan xəbərim yoxdur.Hə,dostluq edərkən də gərək dostunun bütün səhvlərinə göz yumasan,bağışlayasan.Bu dünyada sizə qalan 2-3 nəfər olacaqsa onlar da o siyahıdadır.Düzdür,bəzən möhkəm inciyərsən onlardan,amma birini dost sanıb sarıla bilmək gözəl hissdir,məncə...Deyirlər,insanlar sevə bilirlər.Maraqlısı burasıdır ki,sevginin özünü gözləriylə görən insan gəlməyib yer üzünə.Bəs onda bu qədər sevgi şeirləri,mahnılar necə ? Uydurmadır,hamısı yəqin ki...Ümumiyyətlə,sevərkən də adam kimi sevəsən gərək.Ürəyini açmayasan,ən yaxşısı gizlətməkdir. Amma,sevdiyin birinə sarıla bilmək gözəl hissdir məncə.Həə.Bir də deyirlər ki,Tanrı var.Amma onu da gözləriylə görən biri yoxdur,təəssüf ki.İnancsız insanları anlamaq da bir az çətindir.Ən çətin zamanında son ümid yeridir,məncə Tanrı.Hər şey
üstünə gələndə yenə də ondan bir möcüzə gözləyərsən ki,hər şey əksinə dəyişsin.Düzdür,bəzən Tanrıdan da incik düşürük və edilən dualar heç də həmişə yerinə yetmir,amma Tanrıya sarılmağı çoxları arzu edir,məncə...

loading...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 447
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
S.Heydarova
sevgi gözəl hissdir! yəgin) yaşamamışam.
2 may 2016 22:00
5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
vipbetul
maraqli yazidi
2 may 2016 20:19
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
heyatim_menim
cox amma cox gozel yazidirşİnsan bezen her seyden kuskun olur amma bir insan ki bilirse ki ALLAH onunladi inanin kuskun oldugumuz her sey bize ele dogma geler ki.insan ozunu hec vaxt hiss etmediyi ne qedr Xosbext hiss eder.ALLAhimin vermediyi verdiyi de bendesi ucun xeyirlisi olandir. ALLAHa dua ederken onun nece gozel insan sozle ifade ede bilmeyeceyi ne qeder bendesine qarsi sevgisi var.ALLAHima sukurler olsun ki bu hissi bize yasadim min sukurşduzdu ola bilsin yazi ile hec bir elaqesi yoxdur yenede qeyd etmek isdedim bir daha tesekkurler
2 may 2016 18:55
3
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
BARBI
Deyirler insan kederli gorune biler, amma kederi kim gozle gormusdurki
2 may 2016 18:46
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ummuselma
Hər şey üstünə gələndə özünü yalqız hiss etdikdə Tanrı -Allah seni ağuşuna alar, sənin ümid təsəlli yerin olar.

Gözəl yazıdır.
2 may 2016 18:34
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv