Qadın kordur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1 827
Səs ver:
(səs: 4)
Kafedə əyləşib deyib gülə-gülə söhbətləşən bax bu xoşbəxt cütlük ər-arvaddılar, yəqin verdikləri sifarişin hazır olmasını gözləyirlər. Qadın... sanki Tanrı onu yaradarkən bütün diqqət və qüdrətini səfərbər edib - olduqca gözəldir, təravətlidir, xoşdur. Kişi... ortabab bir kişidir, yaxından baxanda məlum olur ki, hətta fiziki qüsurludur. Yan masadakı əyləşən əclafın ağzının suyunu axıdansa qadının gözəlliyindən də çox bu cütlüyün nabərabər olduğunu düşünməsidir; sanır ki, belə bir gözəl qadın qarşısındakı fiziki qüsurlunu deyil, məhz onu – şümşad qamətli, enli kürəkli, nə bilim, bəbir biləkli kişini haqq edir. Şou başlayır, o özünü qadının gözünə soxmaq üçün minbir centlmenlik oyunları çıxarır, əlli cür hoqqabazlıq edir; siqareti siqarete calayır, əllərini saçlarına daraq edir, guya ki, eşq dərdinə düşüb, ofisiantla hökmlü danışır, çağırıb musiqini dəyişditdirir... hər nə edirsə olmur, lənətə gəlsin, qadın ona tərəf baxmır belə. Niyə, bilirsiz?
Bayaqdan kişinin bütün bu canfəşanlıqlarnı (bir az da məzəylə) izləyən arıq cüssəli ofisiant nəhayət ona yaxınlaşıb qorxa-qorxa qulağına pıçıldayır:
"Qadın kordu”.
İndi siz bu əclafın düşdüyü halı təsəvvür edin də; qızarır, bozarır, düşdüyü vəziyyətə görə günahlandırmağa bir şey, bir kəs axtarır. Stulun başından pencəyini qapıb masaya bir təpik, kafedən çıxır. Əslində isə qadın kor deyil, sadəcə aşiq idi və ofisiant məhz eşq korluğunu nəzərdə tutmuşdu.
"Əslində isə” dən sonranı belə də yazmaq olar: əslində isə qadın kor deyil, sadəcə tox idi – gözü tox! Belə də yazmaq olar: əslində isə qadın kor deyil, sadəcə sədaqətli idi; belə də yazmaq olar: əslində isə qadın kor deyil, əsl qadın idi, sevirdi. "gözütoxluğun” üzərində dayanmaq istəyirəm. Düşünürəm ki, bu təkcə qadın-kişi münasibətində deyil, həyatın bütün istiqamətlərində belə olmaq gərəkdi.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 1 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri