İstəyirəm..

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 214
Səs ver:
(səs: 1)
Daha insanlara sevgi aşılaya bilmirəm. Çünki, içimdə sevgi qalmayıb, heç kimi sevə bilmirəm. Bu sözü böyük həriflərlə yazmağı çox istərdim. Ancaq, güc çatmır. Nə hikmətsə insan sevmədiyinə sevinməli olduğu halda üzülə bilir bəzən. Niyə unutdum? Nə oldu səbəb? Qırıldı mən. Əzildi mən. Sevilmədi mən. İncidildi mən. Bir yerə qədər dözdü mən. Hər şeyi boş verdi mən. İllər əllərini xirtdəyimə qədər aparıb boğdu. Başıma gələn hər hadisənin ardından "bu da bir dərs oldu" dedim və nə qəribə ki, çox bir zaman keçməmiş yenə eyni səhvi dərs etdim. Hər dəfə eyni mövzu, hər dəfə eyni insanlar. Küçədə ilk dəfə rastlaşdığım yadın balası mənə pislik etsə əlini ayağını öpüb təşəkkür edəcəm. Həmişə yaxınlarım, həmişə sevdiklərim. Aciz və utancaq çağlarıma geri dönmək istəyirəm. Qadınlardan anlamayan, siyasətə baş qoşmayan biri olmaq istəyirəm. Biri mənə "səni sevirəm" desə sevinmək istəyirəm. İnsanları gözlərindən tanımayacaq qədər kiçilmək istəyirəm. Dərs oxumaq istəyirəm, dərs. "2" alanda gündəliyi cırıb, yeni səhifədən başlaya biləcəyim bir dərs.

(c) Azad Novruzov
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri