Bir
gün süd satmaqla məşğul olan bir adam gəmi ilə səyahətə çıxır... Özü
ilə götürdüyü kisədə uzun müddət topladığı qızıllar olur.. O, göyərtədə
sakit bir yerə çəkilib dönə-dönə qızıllarını saymağa başlayır. Bu arada
onunla bir sırada oturan meymun dirəkdən tullanıb qızıl kisəsini götürür
və dərhal (təkrar) dirəyin başına dırmaşır... Süd satan qışqırmağa
başlayır.. Camaat göyərtəyə toplaşır...
Gəminin
məsul işçiləri meymuna nə qədər xoşluqlar nümayiş etdirsələr də, bütün
cəhdlər nəticəsiz qalır... Bir nəfər dirəyə dırmaşmaq istədi.. Lakin
meymun əlindəki qızıl kisəsini dənizə doğru sallamağa başlayan kimi:
«Aman kisəni dənizə atmasın» — deyərək, ondan da vaz keçdilər. Meymuna
ən sevdiyi yeməkləri göstərsələr də, xeyri olmurdu... Bütün gəmi
sakinlərinin gözü meymunda idi, maraqla müşahidə edirdilər.. Elə bu
əsnada hamının təəccübünə səbəb olan bir hadisə baş verdi.. Meymun
kisənin ağzını açdı və bir qızıl çıxarıb dənizə atdı... İkinci qızılı
çıxarıb göyərtəyə atdı.. Süd satan qızılı dərhal götürdü, amma təbii ki,
gözlərini yuxarıdan ayırmadı...
Meymun
üçüncü qızıılı dənizə, dördüncünü yenə də göyərtəyə atdı.. Və beləcə
davam etdi. Bir qızıl dənizə, o biri göyərtəyə... Bu vəziyyəti görənlər:
«Meymunu vuraq, qızılları qurtaraq» dedilər. Lakin südçü: «Madam ki,
qızılların yarısını gəmiyə atacaq, mən digər yarısını itirməyə
razıyam...» İnsanlar süd satanın belə bir qənaətə gəlməsinə əhəmiyyət
vermədiklərinə görə, səbəbini də soruşmadılar.. Südçü məsələni belə
açıqladı: «Bildiyiniz kimi mən bu qızılları süd sataraq qazanmışam.
Ancaq satdığım südə yarı-yarıya su qatıb satmışam. İndi edənə deyil,
etdirənə baxıram və edilənin məqsədə uyğun olduğunu görürəm. Sudan
qazandığımı suya atır, süddən qazandığımı mənə...»