Qabların bəhsi

Müəllif: guler19
Şərhlər: 6
Baxılıb: 504
Paylaş:
Səs ver:
(səs: 2)
Alimin otağında olan qablar bir gün yarış keçirdi.Yarışın şərtləri belə idi.Hər qab bu otağa necə düşməsini söyləməli, bununla da hansı qabın daha səmərəli olacağı müəyyən edilməli idi. Əvvəlcə üstünə qızılgül şəkli həkk edilmiş büllur qab başını tərpətdi: 

-Mən hörmətli bir nazirin qonaq otağında gözəgəlimli yerlərdən birini tuturdum.Alimin ad günündə nazir dostu olduğu üçün məni ona bağışladı. 
Sadə, yaraşıqsız olan beş stəkan bu qaba həsəd apararaq xeyli dinməz dayandı.Yaraşıqlı bir çaydan xüsusi əda ilə nazlanaraq dedi: 
-Məni məşhur bir bəstəkar Almaniyadan alıb gətirmişdi.Alim onu o qədər dilə tutdu ki, axırda bəstəkar məni baha qiymətə alimə satdı. 
"Boylu-buxunlu” büllur vaz vəcdə gəldi: 

-Sahibim məni Fransa paytaxtının ən böyük mağazasından alıb gətirmişdir. 
Gözqamaşdırıcı güldan daha da parıldayıb dil-dil ötdü: 
-Mən dənizdən çıxarılan mirvari parçasından hazırlanmışam.Alimin Türkiyədəki xalası məni ona hədiyyə göndərib. 

Beləliklə, bütün parıltılı qablar üzlərini öyüb lovğalandılar.Yalnız beş sadə stəkan yarışın əvvəlindən axırına kimi susub bir kəlmə də olsun demədi.Utandıqlarından başlarını aşağı dikmişdilər.Bilirsinizmi niyə?Ona görə ki, alimin kasıb pulu ilə alınmışdılar. 
Mübahisə iki gün davam etdi.Çünki parıltılı qablar kimin daha hörmətli olmasını müəyyən edə bilmədilər.Hamısı da baş mükafata layiq görülməyə can atırdı. 
Bəs mübahisənin axırı nı ilə qurtardı?Qablar qızışdıqlarından bir-birinin üstlərinə atıldılar.Axırda hamısı çilik-çilik olub otağın döşəməsinə səpildi.Alim təəssüf etsə də, onları zibil qutusuna atmağa məcbur oldu.Otağın ən gözəgəlimli yerini isə beş sadə, yaraşıqsız stəkan tutdu.Çünki onlar halal mallar idi. 

Əli Cəfəroğlu (Əliyev),

loading...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 504
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
halal mala hecne olmaz
28 may 2016 19:44
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ummuselma
Çox maraqlı oldu. insanın öz halal qazancı ilə aldığı şeyin yerini heç nə vermir.
28 may 2016 05:59
5
Offline
YalniZ-ArZu
Allah hamimizin hala ruzusuna bereket versin,amin.
27 may 2016 21:14
4
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
BARBI
Ibretamiz hekayedir. Halal zehmetle qazanilan her sey gozeldir., hec zaman haram terefdari olmamisam
27 may 2016 19:27
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fi-Ra
Cox maraqlidir. Halal zehmetle qazanilan her sey insan ucun deyerlidir. Tesekkurler
27 may 2016 19:12
2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
Marta
Ay ne maraqli.. hem de derin mena kesb edir anlayana.
27 may 2016 18:38
1
Немного терпения, и у тебя все получится..

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook