Təsadüf

Müəllif: ülü16
Şərhlər: 9
Baxılıb: 3 701
Səs ver:
(səs: 2)
Əslində onların taleləri, alın yazıları, ən önəmlisi isə Allah birləşdirdi...
Buralardan çox uzaqda bir qız vardı. Hələ sevgini dadmamışdı o. Qızın 21 yaşı vardı. Onun atası və anası 31 il öncə çox sevsələrdə çətinliklə evlənə bilmişdilər. Çünki anası çox varlı, atası çox kasıb idi. Amma qovuşmuşdular. Bu qızla eyni şəhərdə bir oğlan yaşayırdı. Orta təbəqə insan idi. Amma ürəyi çox təmiz idi. Anası,bacıları ilə birgə yaşayırdılar. Qız bir gün gəzintiyə çıxmışdı. Bu zaman oğlan işlədiyi şirkətdən evə gedərkən rastlaşdılar. Özləri bilmədən yaxınlaşdılar bir-birlərinə. Hər ikisi eyni anda danışmaq istədilər. Amma nə deyəcəklərini unutdular. Beləcə bu tanışlıqdan aylar keçdi. Əvvəl dost kimi davransalarda, sonra sevgilərini etiraf etmişdilər. Onlar beləcə davam edərkən oğlan qızı restorana dəvət etdi. Sadə və gözəl olan bu məkanda oğlan qızı gözləyirdi. Qız yaxınlaşıb stulu çəkib oturdu. Oğlan o qədər fikirli idi ki, gözü onda olan qızı, gözlərini pəncərədən çəkib görmüşdü. Oğlan bir iki saniyə gözlədikdən sonra başladı danışmağa:
İndi səni niyə buraya çağırdığımı düşünürsən. Heç nə demədən, sözümü kəsmədən dinlə. Mən səni tanıdığımda sən mənə çox yaxşı yaşadığını, ailənin səni kraliçalar kimi böyütdüyünü deyirdin. Biz əvvəllər varlı olmuşuq. Anamdan soruşurdum ki, ana biz varlı olanda bizi çox adam arayıb-axtarırdı? Anamın cavabı belə oldu:
Hə oğlum biz varlı olanda bizi çox adam axtarıb tapırdı.
Biz kasıb olduqdan sonra mən 9 il işləyib bacıma ayaq qabı almışdım. Heç unutmuram, bacım şokolad istədiyi üçün dükandan şokolad oğurlamışdım. Satıcı mənə elə şillə vurmuşdu ki, o şillə mənim ilk və son şilləm oldu. Mən o kasıb günlərimdə Allahıma dua etdim ki, mən daha varlı olmayım. İndi kasıb və xoşbəxt ailəm var.  Əgər istəsəm ayın hər günü işləyib sənə maşın ala birəm. Amma mən ayın 2 həftəsi işləyib qazancımı Afrikadakı kasıb, ac insanlara yollayıram. Sən mənimlə kasıb həyat yaşamaq istərdinmi?
Qız cavab verdi:
Mənim anamın ailəsi çox varlı, atamın ailəsi isə çox kasıb olmuşlar. Amma onlar hər çətinliyə dözərək evlənmişdilər və artıq 31 ildir ki, evlidilər. Mən kasıb və varlı həyatının necə olduğunu bilirəm. Son nəfəsimə kimi səninləyəm.
Oğlan qızın əlindən tutub ayağa qaldırdı. Alnından öpüb, birlikdə xoşbəxt olacaqları həyata başladılar.
 
P.s Müəllif özüməm.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri