Qədim
zamanlarda üç dost düzənlikdə yol gedirdilər. Birdən yağış başladı.
Dağın çatlaq hissəsinə pənah apardılar. Həmin çatlaq yer bir parça daş
vasitəsilə örtüldü. Onlar bir-birlərinə dedilər: Bura elə bir yerdir ki,
düzlükdən başqa bir şey insana nicat verməz. Hər birimiz gərək dua edək
və sırf Allah xatirinə yerinə yetirdiyimiz ən xalis əməlimizi yada
salaq, ola bilsin ki, Allah fərəc yetirsin. Biri dedi: "İlahi, sən
bilirsən ki, mənim bir işçim var idi ki, onun əl muzdu bir qab düyü idi.
Müəyyən səbəblər üzündən həmin düyünü götürməyib getdi. Mən o düyünü
əkdim və məhsulundan bir inək sürüsü aldım. Bir müddətdən sonra həmin
işçi gəlib öz muzdunu tələb etdi. Mən ona dedim: "Bu inək sürüsü sənin
muzdundur. Mənim səy və təlaşım sayəsində bu yerə çatıb. Götür, get.”
Həmin şəxs onu götürüb getdi. Pərvərdigara, sən bilirsən ki, mən bu işi
səndən qorxduğum üçün yerinə yetirdim. Elə isə sən də bizim üçün fərəc
yetir.” O zaman bir az yol açıldı.
İkincisi
dedi:” Pərvərdigara, sən bilirsən ki, mənim qoca ata-anam var idi.
Axşamlar qoyunlarımın südünü onlara aparırdım. Bir gecə gec getdim.
Onlar artıq yatmışdılar. Öz arvad-uşağım da aclıqdan nalə edirdilər.
Lakin mənim adətim bu idi ki, ata-anam yeməsəydi, onlara yemək
verməzdim. Bir tərəfdən ata-anamı oyatmaq istəmirdim, digər tərəfdən də
qayıtmaq istəmirdim ki, birdən ayılıb süd içmək istəyərlər. Bu minvalla
oturub gözləməyə başladım. O qədər gözlədim ki, səhər açıldı.
Pərvərdigara! Əgər bilirsənsə mən bunu sənin qorxundan yerinə
yetirmişəm, yolumuzu aç.” Yenə də daş bir az geri getdi və asiman
göründü.
Üçüncüsü
dedi: "İlahi sən bilirsən, bir əmim qızı var idi ki, məni hamıdan çox
istəyirdi. Mən ondan (zina yolu ilə) kam almaq istədim. O, qəbul etmədi.
Yalnız yüz dinar ödəyəcəyim təqdirdə buna razı olduğunu bildirdi. Min
bir zəhmətlə həmin miqdar pulu toplayıb ona təqdim etdim. O, hazır oldu.
Məqsədimə çatmaq üçün ona yaxınlaşanda dedi: "Allahdan qorx və mənim
mehriyyəmi rəva olmayan şeydən ötrü sındırma.” Yerimdən qalxdım. Yüz
dinardan da gözümü çəkdim. İlahi! Əgər bilirsənsə ki, bu işi sənin
qorxundan yerinə yetirdim, bizim üçün yol aç!” Onun sözü qurtaran kimi
yol açıldı və onlar mağaradan çıxdılar.