[url=http://]http://[/url]Bir
gün loğmanın ağasina hədiyyə olaraq bir qarpız gətirirlər. o,
xidmətçisinə Oğlum, get Loğmanı çağır deyir.Loğman bu çağırışa dərhal
cavab verib, ağasının yanına gəlir. Ağası ona hədiyyə olaraq gətirilən
qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona verliən dilimi bal
kimi, şəkər kimi yeyir.Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi
kəsib ona tərəf uzadir. beləcə dilimlər bir-birini izləyir və Loğman
bütün qarpızı yeyir.Yerdə bir dilim qalir. Ağası Bunu da mən yeyim,
baxım görüm necə şeydir, hər halda, bu, çox dadlı bir qarpızdır deyir.
Çünki Loğman elə ləzzətlə, elə zövqlə, elə iştahla yeyirdi ki,
görənlərin də iştahası açılırdı. Loğmanin ağası son dilimi yeyər-yeməz
qarpızın aciliğindan ağzıni atəş sarır, dili uçuqlayir, boğazı yanır.
Acılığından bir müddət sanki özünü itirir.Sonra isə Loğmana deyir.
-Belə
bir zəhəri necə oldu ki, dadlı-dadlı yedin? Belə bir qəhri necə oldu
ki, lütf saydın bu necə səbrdir? Nə üçünsəbr etdin? Sanki canına qəsdin
var! Nə üçün bir şey söyləmədin? bir az səbr et, indi yeyə bilmərəm
demədin?
Loğman bu cavabı verir
-Sənin
nemətlər bağışlayan əlindən o qədər ruziləndim ki, utandığımdan ikiqat
oldum. Buna baxmayaraq əlinlə verdiyin bir şeyə, ey mərifət sahibi bu
acıdır yeyə bilmərəm deyə bilmədim. Əgər bu qədər bir acıya dözə
bilməyib, fəryad edərəmsə, bütün zərələrim torpağa qarışsın. Şəkər
bağışlayan əlinin ləzzəti bu qarpızdakı acılığı saxlayarmı? Sevgidən acı
dadlanar, sevgidən mis qızıl olar. sevgidən bulanıq,çöküntülü sular
dumduru bir hala gələr, sevgidən dərdlər şəfa tapar. sevgidən ölülər
dirilər, sevgidən padişah qul olar.