Bir ömürün nağılı

Müəllif: ulduz
Şərhlər: 1
Baxılıb: 1 972
Səs ver:
(səs: 2)
Zaman kecir,hər kecən günndən bir xatirə qalır. Doğurdanda həyat qəribəliklərlə doludur,Bəzən xəyal gercək olur,bəzən isə insanı yorur.Hər şey sevgiylə başlayır,Başlanğıc necədə gözəl olur, amma ki sevgi bəzən ötəri hisslər olur,Necə deyərlər bir külək idi ,Əsdi və Kecdi...İnsanlar bu qəribəliklərdə bəzən qalxır,bəzən isə enir..Gözəl bir deyim var Dünya bir nərdivandı,Kimisi qalxır kimisidə enir..Günahkar kim....! Sənmi ,Mənmi ..? Yox biz günahı özümüzdə yox bəzən dünyada axtarırıq ..Və bu cür də izah edirik.Yalan dünya,Vəfasız dünya...Fani dünya
Ancaq dünyanın gözəlliyini dada dada bu yaşa gəlib, bütün iradları onda axtarırıq Niyə məhz özümüzü günahlandırmırıq ? Allahtəala bizlərə hər bir gözəlliyi bəxş edib,bunların qarşısında idarə olunacaq düşüncə,beyin,şüur bizlərə bəxş edib.Biz bunlardan faydalana bilmiriksə Dünyada nədən nöqsan axtarırıq ? Mübarək Qurani Kərimdədə belə buyrulub.. Səviyyə baxımından qoyun, inək və dəvədən aşağı olan heyvan qarğadır. Əslində həqiqətlər qarşısında özlərini görməməzliyə vuran və öz ağıllarını işlətməyən insanlar məhz bu heyvana bənzədiliblər. Bəqərə surəsində belə deyilir:
Özlərini görməməzliyə vurub kafirlik edənlər qarğa kimidirlər; qarğa qavramadığı səsə qarşı oxuyar. Onun qavraya bildiyi səs ancaq çığırtı və bağırtıdır. Onlar kar, lal və kordurlar. Buna görə də dərk etməzlər (ağıllarını işlətməzlər) (Bəqərə, 2/171).
Bizki Bunlardan fərqliyik ? Nədən faydalana bilmiriki ? Loru dildə desək kiminsə əli yaxşı gətirsə Allaha şükür etmək əvəzinə dahada cox Mal dövlət sahibi olmaq istiyir və göz doymur .. Kiminsə isə bir işi cətinə düşəndə başlayır qınaqlara .. Ya dünya günahkar olur Yada ki ağla min fikir gəlir,cıxış yolu isə cana qəst, və yaxud ölüm və sarə ... Osman Nuri Topbaş gözəl demişdir Bu fani dünyaya imtahan üçün göndərilən insan oğluna lütf edilən dəyərlərin başında ilk öncə "can və mal” gəlir. Möminlər bu dəyərləri ciddi məqsədlər və ülvi ideallar uğrunda istifadə etməyə məcburdurlar. Allah təalanın insan oğluna lütf etdiyi can və mal kimi hər cür imkan bir əmanətdir. Bütün nemətlər Ondandır və Ona aiddir. Buna görə də arif olan könüllərin Haqqa qarşı duyğuları daim: "Alan Sən, verən Sən, qılan da Sənsən!..” -ifadələri istiqamətində olmuşdur. Allahın Ona yaxınlaşmaq üçün verdiyi nemətləri Allah təalanın əmrinin əksinə, səhv yerdə istifadə edənlər üçün isə acı bir ilahi xəbərdarlıq vardır. Bu barədə ayədə belə buyurulur:
"(Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (ət-Tövbə, 24)
Həyat davam edir harda bitib bitməməyi hec kimə məlum deyil İnsan əməlləri ilə tanınar,calışaq ki bir ömürün nağılını yaxşı əməllərimizlə bitirək və demiyəkki həyat fani,həyat yalan Dünya acımasızdı Bu sözlər məncə Öz gözündə tiri görmüyüb gizlədinlərə aiddir ..Bir belə ilahi xəbərdarlıqlar vardır:
"Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur:) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (əs-Saf, 10-11)

Dünyaya gəliş və gediş


Gəldim sacımı astaca tumarlayaraq
Qoxumu icinə cəkərək Anam
Sorağı eşitcək sevinc hissiylə
Bölüşdü hamıyla gülərək Atam ...

Ay ötdü il oldu böyüdükcə mən
Kecdi ötənlərim qaldı xatirə
Düşünüb yadıma saldıqca hərdən
Şükür etdim hər ana,uca Rəbbimə ..

Bir ömrün nağılı son anda bitər
Gələn gəldiyi tək bir gündə gedər
Həyat varlığını ruhdan hifs edib
Ömür qayğısını insanlar cəkər ...

Yaşanan hər anımız doğurdanda bir ömür nağılıdır .. allah hər birimizə Bir ömrün nağılını hifs edib qəlbdən cəkməyi qismət eləsin ..Amin...!

Müəllif : SEYMUR SÖNMƏZ
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 1 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri