Məgər mənim sözlərimi ona demədinmi?

Müəllif: Lola_Maya_
Şərhlər: 6
Baxılıb: 504
Paylaş:
Səs ver:
(səs: 1)
Abdullah ibn Həbiri imanlı şəxsiyyətlərdən biri idi. Ömrünün çox hissəsini insanlara xidmətə sərf etmişdir. O, Bəni-Üməyyənin idarələrində işləmişdir. Bəni-Üməyyə süqut etdikdən sonra işsiz qalır. Ona görə də maddi imkanı zəifləyir. 
Bir gün çarəsiz qalıb, Məmunun vəziri Əhməd ibni Xalidin yanına gəlir. O, da çox əxlaqsız və kobud insan idi. Əhməd onu tanıyırdı və onu gördüyü üçün çox narahat olur. Ona fikir vermir. Ancaq Abdullah dəfələrlə ona müraciət edir. Bir cavab eşitmir və məhəbbət görmür. Vəzir onun gəlişindən çox narahat olur və nökərinə deyir ki, onu evdən uzaqlaşdırsın. Nökər Abdullahı şəxsiyyətli və vüqarlı bir insan kimi görür və ona görə də vəzirin bu əmrini yerinə yetirə bilmir. Yanında olan 3 min qızıl dinarı ona uzadıb deyir ki, bunu vəzir göndərmişdir və bunu götürün və sonra yenə də bu haqda fikirləşəcəkdir. Abdullah deyir: Mən bu evə dilənçilik etmək üçün gəlməmişəm. Vəzirin puluna ehtiyacım yoxdur. Mənim təvəkkülüm Allahadır. Allah müşküllərin açarını mal və sərvət sahiblərinin ixtiyarına qoymuşdur. Bu gün Əhməd ibni Xalid vəzirdir, mənim çətinliklərimin açarı onun əlindədir. Pulu sahibinə qaytar və sabah mən yenə gələcəyəm.
Vəzirin gözü Abdullaha sataşanda çox narahat olur və nökərinə deyir: "Məgər mənim sözlərimi ona demədinmi?". Nökəri əhvalatı danışır və vəzir əsəbləşib deyir: "İxtiyarımda olan qüdrətlə onunla hesablaşacağam".
Vəzir Məmunun yanına gedir və Məmun ona deyir: "İki gündür ki, Misirə idarəçi göndərmək istəyirəm. Sənin nəzərincə bu vəzifəyə kim layiqlidir? Vəzir dostu Abdullah Zubeyri məsləhət görmək istəyir, ancaq dili çaşıb Abdullah Həbiri deyir. Məmun soruşur: "Məgər o,  sağdır? O, aqil və işgüzar bir insandır. Bu vəzifə üçün münasibdir".
Vəzir deyir: "O, Bəni-Abbasın düşmənidir". Məmun deyir: "O qədər ona məhəbbət göstərəcəyəm ki, bizim dostumuz olsun". Vəzir deyir: "O, qocalmışdır və bu işə yaramır". Məmun deyir: "Onun ağlı fəal və dünyagörüşü genişdir. İndi 300 min dirhəm ona verin ki, səfərə hazırlaşsın  və ora gedərək, rəhbərliyi boynuna götürsün".
Beləliklə demək olar ki, o kəs ki, Allaha təvəkkül edər, səbir edər, həyat gəmisi təqva dənizində üzərsə nicat sahili İlahi behişt olar.

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 504
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
14MsM
Xebercun twk maraqli idi
11 may 2016 23:14
6
Online
Barbaris
maraqli hekayedir twk
11 may 2016 21:45
5
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!
Offline
vipbetul
cox gozel hekayedir

cox gozel hekayedir
11 may 2016 21:10
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
yarpaq33
Ibretamiz hekayedi her wey Allahin elindedir ona acilan eli geri qaytarmir

Ibretamiz hekayedi her wey Allahin elindedir ona acilan eli geri qaytarmir
11 may 2016 21:08
3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Kölge
İbretamiz hekayedi.Allaha siginib sebr etmek lazimdi
11 may 2016 20:16
2
Her şeye gore şukur
Offline
evli.mutlu.cocuklu
Maraqlı idi tşk
11 may 2016 17:58
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook