Məktubdakı xoşbəxtlik...

Şərhlər: 5
Baxılıb: 1 944
Səs ver:
(səs: 2)
İlahi, çox xoşbəxtəm. Bu gün həyatımın ən unudulmaz günüdür. Nə yaxşı ki varsan. Nə yaxşı ki yanımdasan. Artıq baharın ətrini ,payızın füsunkar mənzərələrini səninlə birlikdə duyub ,seyr edəcəyik. Xoşbəxtlik yağışının damlaları altında səninlə birgə islanmaq nə gözəl hissdir ,sevdiyim! Uzun ayrılıqdan sonra sənə qovuşmaq, həsrətin sonundakı vüsala ''xoş gəldin'' demək Tanrının mənə ən böyük hədiyyəsidir desəm? Bəzənsə sussam ,içimdəki sevginin nəhayətsiz səadətini sadəcə özümlə paylaşsam ,ürəyimlə ,qəlbimlə danışsam ?Amma bəzən də bütün dünyaya bəyan etmək keçir könlümdən sənə olan sonsuz, tükənməz eşqimin sevinc səslərini.
Yağmur, vaxtdır, gecikirsən dərsə. Nə yazırsan belə ?
Qızım ,nəhayət ki ,üzün gülür. Günlərdir ağlayırdın .Nə oldu birdən belə? Nə qədər cəhd etsəm də üzünü güldürə bilmirdim. Nə yaxşı ki yenidən təbəssüm qonub yanaqlarına .Səbəbi nədir bunun qızım?
Bilirsən ,ana, deyirlər xoşbəxtlik insanın öz əlindədir. Mən də xoşbəxtliyi özümə yaşatmaq istədim .Mən bu an xoşbəxtəm .
Emilin gedişindən sonra bütün günü ağladım, sızladım .Dünyalar qədər sevdiyim birini itirdim ,amma gec də olsa fərqinə vardım. Göz yaşlarım onu geri qaytarmayacaq. Amma mən onu unutmaq istəmirəm. Qoy yaşasın xatirələrimdə. Həyata necə baxarsansa ,baxışlarının qarşılığında görərsən dünyanı. Mən bundan sonra qaranlıqdakı işığı görməyə çalışacam.
Onu geriyə qaytarmaq mümkün deyil artıq. Mən onunla son məktubumda vidalaşacam .Yox, yox ona qovuşacam .
Anacan bax, budur xoşbəxtliyimin səbəbi .Sadəcə bir məktub ...

Bu məktubda olsa belə ona olan sevgimi ifadə edəcəm. Ürəyimdən keçən ən mənalı, ən gözəl, ən saf sözlərimi,səadət qoxulu arzularımı yazıram bu məktuba.Sadəcə məktubdakı xoşbəxtliyimə sığınacam, onunla belə olsa təsəlli tapacam .
Yağmurun bu sözləri anasını kövrəltməyə bilməzdi. Qızım ,haqlısan olmadı deyə kədərlənmə , o zaman üsyan etmiş olarsan Allahın yazısına.
Yalançı ümidlərdənsə kiçik təsəlli daha gözəldir .
Eləysə səni məktubdakı xoşbəxtliyinlə baş- başa buraxıram. 
Bilirsənmi, əzizim ,səni itirəndə yoxluğunla barışmağa alışmağın qorxusu və əzabı vardı içimdə .Nə qədər böyük dərd imiş insanın sevdiyi birini itirməsi. Səni itirəndə anladım.
Bax ,indi çox xoşbəxtəm .Daha göz yaşlarımı ,puç olan ümidlərimi geridə qoydum .Zülməti istəmirəm ,kədəri istəmirəm.
Darıxıram sənin üçün.
Yox, daha ağlamayacam .Axı sən yanımdasan. Xəyalən olsa belə buna da şükr edirəm. Varlığınla yaşayıram ,nəfəs alıram. 
Mən səni sevmirəm .Mənim eşqim daha böyükdür, əzizim!Mən sənin varlığını ,nəfəsini, baxışını, səsini, mən sənin həsrətini belə sevirəm .Bilirəm mənim deyilsən, amma bir məktubdakı xoşbəxtliyim hər zaman təsəllim olacaq .
Qızım ,bəli ,anacan, telefonuna bax mesaj gəlib.

Yağmur telefonuna gələn bu mesajı, deyəsən, elə məktubdakı xoşbəxtliyi kimi bir ömür unutmayacaqdı.
Peşmanlğımla, 
günahlarımla və səhvlərimlə yenidən sənə dönsəm məni bağışlayarsanmı?
Yağmur göz yaşlarında boğulurdu sanki. Sevincindən yerə, göyə sığmırdı. Sevdiyimiz insanın bir sözü ,bir kəlməsi bizə dünyaları bəxş edir. Bu da Tanrının bir möcüzəsidir əslində. Qəlbimizə sevgi toxumlarını səpən də o deyilmi? Sevginin olmadığı ürək nifrətlə bəslənir. 
Emilin yazdığı bu mesaj da elə insanın həyata necə baxarsa elə də görər fikrinin təsdiqi deyildimi?
Onun geriyə dönəcəyinə heç bir ümidi qalmamışdı Yağmurun, o sadəcə bir məktubda xoşbəxtliyini tapmağa çalışdı, bir anlıq olsa belə sevdiyi insanı qazanmaq istədi və Tanrı sevdiyi insanı ona bu böyük ,məsum, saf eşqinin qarşılığında bir ömür ərmağan etdi.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri