Kaş ki....!

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 667
Səs ver:
(səs: 1)


Kaş ki, ağlayan deyil də, ağladan olaydım....

Kaş ki, unudulan deyil də, unudan olaydım.....

Kaş ki, həmişə bağışlayan deyil də, bağışlanan olaydım...

Kaş ki, qəlbi sınan deyil də, sındıran olaydım....

Kaş ki, xəyal quran deyil də, xəyal qurduran olaydım...

Kaş ki, sevirəm dedikdə dili tutulan deyil də, tutduran olaydım.
...

Kaş ki, onsuzluqda ölmək istəyən deyil də, o istəyi ona yaşadan olaydım...

Kaş ki, onun üçün dəli olan deyil də, dəli edən olaydım...

Kaş ki...
Kaş ki, həmişə gözləyən deyil də, gözlədən olaydım...

Kaş ki, sevgisi üçün hər dəliliyi edən deyil də, etdirən olaydım...

Kaş ki, hər gecə yuxusuz qalan deyil də, yuxusuz qoymağı bacaran olaydım...

Kaş ki, qısqanclıqdan ölən deyil də, qısqandıran olaydım...

Kaş ki, hər saniyəmi onunla olmaq istəyən deyil də, istədən olaydım...

Kaş ki, hər musiqi dinlədikdə onu xatırlayan deyil də, xatırlanan olaydım.
..
Kaş ki, ölmək istəyən deyil də, dərdimdən öldürən olaydım...

Kaş ki, sevgim qarşısında bu qədər zəif deyil də, birazca güclü olaydım...


Redakte etdi: Pretty girl
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri