Yoxsullar üçün “nahar”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 779
Səs ver:
(səs: 2)
Varlı bir şəxs düyü plantasiyasına sahib idi. O bir dəfə müdrik bir şəxsdən eşitdiyinə görə yoxsullara yemək paylamaq da özü bir ibadətdir və Allah buna böyük qiymət verir. Bu varlı şəxs öz kəndindəki yoxsulları doyurmaq qərarına gəlir. Lakin o bu məqsədlə yaxşı növ düyüdən istifadə etməyə hazırlaşmırdı. O düşünür ki, yoxsul əhali üçün istənilən düyü növü yararlıdır və bununla da anbarda qalmış və artıq qurdlamış düyüdən nahar hazırlatdıraraq yoxsullara payladır. İylənmiş düyüdən hazırlanmış yeməyi yeyən əhali isə uzun zaman mədə ağrısından əziyyət çəkir. Varlı şəxsin arvadı ona müraciətlə deyir: “10 şəxsə paylanmış yaxşı nahar, 100-lərlə insana paylanmış pis nahardan daha qiymətlidir. Lakin həmin şəxs müdrik sözlər dinləmək həvəsində deyildi.

Belə olduqda, qadın ona dərs vermək qərarına gəlir və hər gün onun qarşısına iyrənc və qurdlarla dolu nahar qoyurdu. Həmin şəxs əsəbləşdikdə isə qadın cavab verir:

— Müdrik şəxsind ediyinə görə, hər bir şəxs başqasına etdiyi pisliyə görə cavab verməlidir. O biri dünyada sən etdiyin pisliyə görə iyrənc qidalar yeməyə məhkum ediləcəksən və indi mən sənə belə qida verməklə səni ona hazırlayıram. Bu sənin pis əməllərinin qarşılığında çəkəcəyin əzabı yüngülləşdirəcək.

Bunları eşidən varlı şəxs etdiklərinin fərqinə varır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri