Çarli Çaplin-in “sürprizi”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 592
Səs ver:
(səs: 3)
“Bir dəfə New-York metrosunda gedirdim. Evə gəldikdə cibimdən qızıl saat tapdım. Bu saatların cibimə necə düşdüyünə dair heç bir fikrim yox idi və onları mümkün olan ən tez zamanda polisə aparmağa qərar verdim.

Növbəti gün mənə bir məktub gətirdilər: “Əziz cənab Çaplin! Sizə yazan professional cibgirdir. Dünən axşam metroda varlı bir şəxsdən qızıl saat oğurladım. Lakin sizi gördükdə sizə hədiyyə etmək qərarına gəldim və saatı sizin cibinizə qoydum”.

Bir il keçdi. Polis nə oğrunu, nə də saatın sahibini tapmadı və buna görə də saatı mənə geri göndərdir. Qəzetlər bu haqda yazmağa başladı və bir müddət keçdikdən sonra ikinci bir məktub aldım:

“Hörmətli cənab Çaplin! Bir il bundan əvvəl metroda gedirdim və bu zaman mənim saatımı oğurlamışdılar. Qəzetdə hər hansı bir cibgirin onu sizə hədiyyə etdiyini oxudum. Qoy mənim saatım sizdə qalsın cənab Çaplin. Sizin cibgir pərəstişkarınızdan heç nə ilə geri qalmadığım üçün saata əlavə olaraq qızıl zəncir də göndərirəm”
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri