Gecikmiş qonaq- Hekayə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 893
Səs ver:
(səs: 0)
Bir gün bir qatarda, bir kupedə, bir dünyada qonağım oldunuz....Olqa....mənalı təbəssümünüz, qayğisiz, kədərsiz, atəşli baxışlarınızla...qonağım və yol yoldaşım oldunuz. Dar, işıqları tutqun bir kupeyə „Poison“ ətriylə birgə sanki bir işıq da doldu, Olqa... Çöldəki qarları əridəcək belə ehtirasınız, şıqraq gülüşünüzün bu soyuq qışa gətirdiyi bahar ətriylə.... Gözlərinizdəki mavi dünyanın dərinliyindən gələn, qızılı saçların şəlaləsindən süzülən bir sevgi istəyi ilə... Pikassonu belə cəlbedəcək bir təbəssümlə... Baxışlar, təbəssümlər, uzun, nazik barmaqların havada çəkdiyi gözəgörünməz cizgilər belə arzulanan bir sevginin həsrətindən, sanki sahilini görən bir dalğa kimi qayalara çırpılıb yox olmaq, parçalanmaq, sönmək, yenidən dənizə dönmək istəyindən xəbər verirdi...
Olqa, evliyəmmi deyə siz soruşarkən, mənsə „hə“ deyərkən, susub sonra niyə bəs təksiniz, mən sizinlə, yarızarafat, yarıciddi, Sibirə belə gedərdim, dediniz.... Əsir edilmiş bir səadətin ulduzunun soyuq işığı yeni bir sevgi yolunu işıqlandıra bilərmi? Je suis désolé, mon cher, nə mən poruçik Annenkov, nə də siz mademoiselle Pauline deyilsiniz. Olqa, bir sevginin yolu bu qatarın yoluyla ölcülməz, bir sevginin ömrü bir istəyin sərhədlərinə sığmaz, bir sevginin zamanı, məkanı olmaz... Dənizdən də mavi gözlərinizin dərinliyi məni batırmaz. Mən sevginin əsiri, siz sevginin azad sahibəsi.... Siz qonaq, mən əbədi yolçu! Mən payız yağışlarının islatdığı bir yarpaq, siz bahar təravətinin əbədiliyinə inanan çiçək. Dəfələrlə sevmək olmaz, məhəbbətdən qaçmaq üçün məhəbbətə qaçmaq olmaz. Siz danısır, mən isə sakit bir təbəssümlə dinləyirəm. Sözləriniz isə qatar təkərlərinin yeknəsəq səsində kəsilir, mənə çatmırdı... Mənim isə xəyallarım uzaqlarda, lap uzaqlarda yollarımı gözləyən bir cüt qara, kədərli gözlərin, „Poison“ deyil, dəniz ətirli saçların yanında... Bir bilsəydiniz, Olqa, həmin saçların ətrini heç nə əvəzləməz. Siz qonaq, o isə mənim uzaq yollarımın istək ünvanı, o mənim qadınım, mənim həyatım, mənim sığındığım bir sevgi dünyasının sahibəsidi...

"Edmond Dantes"
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri