Hər şeyim ol

Şərhlər: 7
Baxılıb: 2 034
Səs ver:
(səs: 0)
Bədənimdəki ruhumsan,damarlarımdasan,axsan öləcəyəm... Elə yaxınımdasan ki,elə bil ruhumdasan... Elə bildin hər sevgiyə ev sahibliyi edə bilər bu ürək? Sən qəlbimə qonaq deyilsen,sən hər hansısa biri də deyilsen,sən mənim özümsen..Çox sevdim o gözlərini,səsini,hətta susmağını da sevdim və heç bir cümlə sənə olan sevgimi tam şəkildə izah edə bilməz!! Görəsən hansı mövsümün insanı idin,mən yazın idim,sən isə qış olmalısan... Görəsən bu sevginin bir oxşarı varmı?Bilmirəm!Tək bildiyim bir şey var,biz bir sevginin iki ortağıyıq!!! Heç bir şey bu ortaqlıq qədər gözəl ola bilməz,heç bir kəs mənim sevgimə ve heç bir kes senin sevgine bu qədər yaraşa bilməz və heç bir sevgi bu qədər davamlı ola bilməz... Uzaqdan sevməyi,görmədən hiss etməyi senden öyrendim...Həsrətin bizi necə də bir-birimizə daha da möhkəm bağladığını gördüm... Sənə görə gecələri və gündüzləri sevməyə başladım...Bir tənhalığı sevmədim!Səni tanıdığımdan bəri... Bəzən elə bilirdim yoxsan yanımda,səni itirmək qorxusu daim içimdə idi...Yenə də o qorxu ilə səni sevdim.. Bir pəncərəyəm sənin açmağını gözləyirəm....Bir adayam məni kəşf etməyini gözləyirəm və Məcnunumu sevən bir Leylayam.... Dodaqlarımdakı istiliyi,gözlərimdəki işığı, zövq verən toxunuşları sənə saxladım... İçimə sığdıra bilməyən böyük bir sevgisən!!! Mən sənə məhkumam, sənin varlığınla var olmaq, sənin yoxluğunla yox olmaq istəyirəm... Bəlkə günəşin doğuşu ilə,bəlkə də batması ilə başladıq nəfəs almağa.... Heç yorulmadıq bir-birimizi sevməkdən...Həm kədərdə,həm də sevincdə həmişə dəstək olduq bir-birimizə...Bizə də elə bu cür hərəkət yaraşardı!!!Axı bizim sevgimiz xəyal deyil... Bütün gecə səni düşünərək yatıb və oyanan kimi sənin həsrətini çəkməkdir ilk işim... Əgər sevib günah edəcəyiksə,gəl birlikdə edək bu günahı... Sevgilim,gəl hər şeydən uzaqlaşaq....Gəl öz dünyamızı quraq,hansı ki o dünyada yalnız ikimiz və sevgimiz olsun... Mən səninlə həyatı sevməyə və həyatın bütün əziyyətini çəkməyə hazıram... Gəl sən mənim bədənimdə birdəfəlik ruhum ol... Bir sözlə hər şeyim ol!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 034
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri