YASA GORUM!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 000
Səs ver:
(səs: 0)

 

 

Indidən belə getirmərəm adınıda dilimə mən,
Səni deyib çətin daha qələm alam əlimə mən,
Bax, beləcə yol gedirəm bilə-bilə ölümə mən,
Necə sevdim, Tanri bilir, alnım açıq, üzüm ağ
Yaşa görüm, mənsiz necə sənə xoşdur yasamaq?!

 

 

Səhər-səhər yollarina çiçək səpən olmayacaq,
O mürgülü gozlerindən gizlin öpən olmayacaq,
Bir sözündən dünya boyda məna tapan olmayacaq,
Kimi həmdəm biləcəksən, açacaqsan kimə qucaq?
Yaşa görüm, mənsiz necə sənə xoşdur yasamaq?!


Nəfəsimə həsrət qalib kirpiklərin buzlayanda,
Taleyinə boyun əyib için-için sizlayanda,
Nə əl çatir, nə ün yetir, sən o yanda, mən buyanda,
Görəcəksən indidən bele yuxularda məni ancaq,
Yaşa görüm, mənsiz necə sənə xoşdur yaşamaq?!


Viran etdin məni, zalım, illər boyu susa-susa,
Daş bağladın urəyinə, dilin-ağzın döndü buza,
Gözüm yalniz səni gəzdi, gizli-gizli, pusa-pusa,
Keçənləri xatirla bir- bir boylanıb geriyə bax,
Yaşa görüm, mənsiz necə sənə xoşdur yasamaq?!

 

 

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 000
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri