Həyat şam kimidir, əridilcə əriyir...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 777
Səs ver:
(səs: 0)


Səni düşünürəm səssiz bir küncdə
Duyğularım gəlib gedir keçmişlə bu günə
Bilmirəm minlərlə parça görünür gözümə
Hansı zamanın xatirələri, nəyin parçaları bilmədən
Yalnız səni görürəm qaranlıq bir otağının küncündə

Həyat şam kimidir
Bir lampanın işıqlığında baxırsan ətrafına
Gözlərin, üzün ağılıma gəlir
Heç bir əskik olmadan yuxularımda
Səni tanımaq üçün sözlərə ehtiyac yoxdur
Yalnız üzünə baxmaq da bəs edir mənə

Bir şam yandırdım masamın üzərində
Əriyir zaman keçdikcə yavaş yavaş
Həyat da belə deyilmi bizim üçün də
Yavaş yavaş əriyir,
Bir gün baxırıq altımızdakı qab
Həyatımızın xatirələriylə dolmuş,
Tökülmüş kənarlara
Və bir şam necə sönürsə
Bizlər də elə ölümü yaşayırıq son bir işıqla...

Həyat şam kimidir
Son anlarda həyatın zövqünə çatır
Ətrafa sanki son dəfə qalmaq istər kimi
İşıqlarımızı daha bir həvəslə yandırırıq
Titrəyirik, darıxırıq və gözləyirik...
Son dəmimdə səni düşünürəm dayanmadan
Gözlərinin hər işıltısı ürəyimi xoşbəxt edir
Səninlə keçirdiyim hər günün xatirəsi
Mənə sanki cənnəti müjdələyir

Həyat şam kimidir
Heç peşmanlığım yox imiş baxdığımda geriyə
Bir səni son bir dəfəlik görə bilməmək qalıb
Bağlanmaq üzrə olan gözlərimdə
Nəysə,
Bitir, sönür işıqlarım yavaş yavaş
Qabın içini mumla doldurmuşum
Həyat hekayəmi izah edəcək xeyli çox dost tapmışam
Səninlə olan eşqimi paylaşacaq bir də ailə qurmuşam
İçimdən son nəfəs də gedərkən hələ mənimləsən...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 8 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri