Xəyallar bizi necə də xoşbəxt edərdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 893
Səs ver:
(səs: 0)

Tam fərqli bir dünyada yaşadıq, nə xəyallar qurardıq, reallaşması qeyri-mümkün xəyallar idi, amma bizi necə də xoşbəxt edərdi..

Xoşbəxtlikdən uçardıq, zaman dayansın, saatlar keçməsin istəyərdik, gecələri də xəyallarda birləşərdik, bir-birimizə danışardıq..

Bu gecə yenə, sənə möhkəmcə sarılaraq qollarında yatdım, saçlarını oxşadım, sənin xoş ətrini iylədim, gecəm yenə səninlə idi..

Nə xəyallarımız vardı, nə qədər çox istəyərdik reallaşmasını dilimizdə həmişə "kaş ki, kaş ki" kəliməsi olardı, heç doymazdıq, yorulmazdıq..

İndi səndən məhrumam daha sevgilim, sən getdin, gedərkən xəyallarımı, ümidlərimi, sevinclərimi də özünlə bərabər apardın..

İndi kim sevəcək məni sənin kimi, kim darıxacaq, kim gözləyəcək həsrətlə yolumu?


Mən kimi gözləyəcəyəm, kiminlə xəyallar quracağam, kiminlə eşqi paylaşacağam?

Nə gözəl paylaşardıq, nə gözəl yaşadıq sevgini, həm də sevgilərin ən gözəlini..

 

Ruhum, sevdiyim, göz bəbəyim, eşidirsənmi məni, mən səni çox sevdim, çooox, canımdan çox, hələ də sevirəm..

SƏNİ SEVİRƏM, SƏNİ SEVİRƏM, SƏNİ SEVİRƏM! Söylədikcə daha çox sevirəm!

Mələklər xəbər verin sevdiyimə! "ONU ÇOX SEVİRƏM" bunu bilsin ürəyi rahat olsun sevdiyimin..

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri