Oturub çay içirdik, Bir sentyabr günü sabah-sabah Nazım Hikmət, mən Uyarsa bir də Turgut.. Ran Veradan danışarkən Pirayəni axtarırdı gözləri. Mən yavaşca qulağına - Kimə həsr edək bu şeiri? - Dedim, Susdu.. Yenə gözləri axıb getmişdi buludlara.. Turgut, Soyutma dedim, İnciyər.. Nazim əlavə etdi: Niyə gündüzlər var, Və niyə Ulduzları izləmək varkən Yatmağı seçirik gecələri.. Və ya Sevişmək varkən, Niyə Sırt çeviririk bir-birimizə. Həm də, kimsə görməzkən Gecələri.. Necə olsa yetərincə Qaranlıq deyil içimiz? Başını qaldır, dev adam Heç belə gözəl səma görmüsən?- Dedi Turgut Ceketini geyinərkən.. Mən isə Gözlərimi bağlayıb, Sənə gəlirəm Sabahın xeyir deməyə..[