Xəyanətim bağışlanacaqmı? (13-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 779
Səs ver:
(səs: 1)

Nazlı 1 həftə ərzində sinifə tamamilə öyrəşmişdi artıq...Xüsusəndə
müəlliməsi Karolayna (Caroline)...Karolayn əslən Cenubi Afrikalı idi və
zahirən ingilislərdən heç də fərqlənmirdi...İlk baxışda Nazlıya soyuq
kimi görsənən bu müəllimənin əslində çox yumşaq bir qəlbi vardı...Sinif
uşaqlarından öyrəndiyinə görə Karolayn, 1995 təvəllüdlü böyük oğlunu,
xərçəng xəstəliyindən itirmişdi ama buna baxmayaraq şən, həyatsevər,
həmişə üzündən təbəssüm əksik etməyən bir qadınıydı...Bu da təbii ki
Nazlının Karolaynı çox sevmə səbəblərindən biri idi...Nazlının bu dərsə,
kollecə həvəsinin artmasında da Karolaynın böyük rolu vardı. Nazlı ilk
prezentasiyasını məhz ondan cəsarət alaraq bütnü sinif qarşısında təqdim
etmişdi. İlk prezentasiyası Graham Bellin ilk telefon icadı haqqında
idi...Nazlı nə qədər ‘’Yox mən bunu bacarmaram, çətindi’’ desə də
Karolayn da o vaxtlarda Nazlının tənbəlliyini, utancaqlığını ortaya
çıxarmış, ilham vermişdi və 1 ay ərzində Nazlının ingilis dilisi məhz
ünsiyyət qurmaqla, utancaqlığı bir kənara qoymaqla inkişaf etmişdi...

Nazlı sinifdə şagirdlərdən biri, Xalid adında oğlanı
qıcıqlandırırdı....Xalid əslən Kürd idi və 25 yaşı vardı. Pizza
dükanında işləyər və 2 əmisi oğulları ilə yaşayardı. Nazlını bəyənməmə
səbəbi isə onun Türk olduğunu düşünməsi idi çünki bəzi kürdlər kimi o da
türklərə nifrət edərdi. Ama vaxt keçdikcə Nazlı haqqında fikirləri
neceə deyişəcəkdi?!......

19 Noyabr....

27 Noyabr Ümidin ad günü olduğundan ve Nazlı da ilk dəfə təbrik
edəcəyindən xüsusi olmasını istəyirdi...Sinifdəki qızlardan yaxınlıqda
tapa biləcəyi gözəl sep dükanı haqqında soruşduğunda, Mint ona:

Mint: -İf you want, come with me to Middlesbrough today...I’m going to
go shopping with my friend...Duringthat time you can buy whatever you
want...(İstəsən bu gün mənimlə midlzbroya gəl...Dostumla alış-verişə
gedəcəm...o vaxt ərzində nə istəsən ala bilərsən)

Nazlı: -İt would be perfect...thanks a lot..(əla olardı...çox təşəkkürlər)

Dərs çıxışı Nazlı Mint ilə kollecin avtomobil dayanacağına
yollandı...Mintin göy maşına yaxınlaşdığını görənde o an onun maşın
sürdüyü ağlına gəldi...Yol boyu söhbətləşərək Mintin rəfiqəsini də
götürüb alış-veriş mərkəzinə yollandılar...Bu vaxt ərzində Nazlı Mintin
maşını necə idarə etməsinə də fikir verirdi...

Nazlı: -Aman ALLAHım 1 maşın qıza bu qədərmi gözəl yaraşar? Mən də
istiyirəm(((( Offf evdə papaya da desəm başımı kəsər yəqin....ama burda
normaldı axı..sürməy olar bəlkə icazə verdi?

Mint bu yaxın refiqəsiylə yaxın zamanda Taylanda, həm tətil üçün, həm
də anasının doğum günü üçün yola düşəcəkdi...Bunun üçün də anasına ad
günü hədiyyəsi seçmiş, Nazlı üçün də sep dükanına yollanmışdılar...Bir
çox mağaza gəzdikden sonra Nazlı fikrini deyişərək mobil telefon almaq
qerarına gəlir ve alır...Ad günü kartı da aldıqdan sonra işini həll
etmiş olur...

Nazlı Mintə təşəkkür edərək evə daxil olur...İlk iş, kartı açıb ürək sözlərini yazmaq olur:

Nazlı: "Canım sevgilim...Ad günün mübarək...Neçə belə illərə çıxasan
sevdiklərinlə birgə...Sənə can sağlığı və xoşbəxtlik arzu edirəm
həyatım...İNŞALLAH hər şey o gözəl üreyincə olsun...Yaxşı ki varsan
sevgilim...Yaxşı ki MəNİM HEYATIMDA varsan...Həyatımda başıma gələn ən
gözəl şeysən...Mənim ən böyük əvəzolunmaz hədiyyəmsən...Həmişə gülümsə
sevgilim...Sən gülümsə ki mən də gülümsəyim Üzündən əsla təbəssüm əskik
olmasını...Unutma SəN 1 insanın xoşbəxtliyinə səbəbsən....MəNİM! ...Səni
Sevirəm...Ümid edirəm hədiyyəmi bəyənərsen...Səni &¸oooooxxxxx
sevən SEVGİLİN”...

Nazlı hədiyyəni bağladıqdan sonra səhəri gün göndərir...

27 Noyabr...

Bu gün Nazlının canından çox sevdiyi oğlanın, Ümidin ad günü
idi...Nazlı çox həyəcanlıydı...Heç arası olmazdı təbrik
etməklə...Xüsusilə də telefonda və yaxud da üzbəüz...

Ümid bu gününü dostlarıyla qeyd etdikdən sonra Nazlıyla danışmaq üçün
sebirsizlənirdi...Nazlı digər ürək sözlərini həyəcandan unudacağını
bildiyi üçün kağıza yazır ve oradan oxuyaraq təbrik edəcəkdi...

Nazlı Ümidin nömrəsini yığır və hər telefon çaldığında ürəyi yerindən
çıxacaqmış kimi olurdu....Ümid teli götürür və Nazlı yazdığı bütün ürək
sözlərini oxuyur......Ümid: -Canım çox sağ ol hər şey üçün...Hədiyyən
çatdı bilmirəm necə təşəkkür edim...Hələ ürək sözlərin...Çox çox
təşəkkürlər sevgilim...

Nazlı: -Dəyməz ee ama indi halımı görsən...Qıpqırmızı pamidora
dönmüşəm...Adicə teldə təbrik edəndə necə utandım off nə çətin imiş(((

Ümid: -Caaaan keçdi xexexe...

Nazlı yarım saat danışıb zəngi sonlandıraraq:

Nazlı: -Offf bu ili belə yola verdik...Ürəyimdə yerindədi((( elə bildim bir anlıq dayanacaq)

Ümid isə bu gecə təkrar-təkrar Nazlının ürək sözlərini oxuyur, onun
barəsində düşünürdü...İndi bir dəfə də anlamışdı Nazlının ona olan
sevgisini...

1 saat sonra Mehdi artıq işdən gəlmişdi...Nazlı bütün cəsarətini
toplayıb atasının maşın sürmək haqqında fikrini öyrənməli idi...Mehdinin
yanına gedərək:

Nazlı: -Necəsən papa günün necə keçdi?

Mehdi: -Belə də doşan bir az yorulmuşam...danış görüm ee alış-verişə gedən sənsən nəsə ala bildin?

Nazlı yalan deyərək: -Yox e papa elə belə baxdım qayıtdım...Şeyyyy bu Taylandlı qız var ee sənə dediyim...

Mehdi: -Aha nolub ona?

Nazlı: -Maşın sürür...

Mehdi: -Sən də sürərsən nə var ki bunda?

Nazlı: -Aaaa doğurdan? Nə vaxt sürə bilərəm?

Mehdi: -Bir az burda prava almaq çətindi bilirsən ama burda sürmək daha rahatdı...

Nazlı: -Bəs Azərbaycanda sürə bilərəm?

Mehdi: -Orasın hələ düşünmə baxarıq...Yavaş-yavaş sənədləri
topluyaq...onsuz 16 yaşın olub..16 yaşından müveqqeti prava alarsan,
şablonu verərsen, sonra da yezda...

Nazlı: -Müvəqqəti prava nədi? Sürə bilərəm onla?

Mehdi: -Müvəqqəti pravaynan sən sürənde polis saxlasa onu göstərirsən
ki sən şagirdsən,öyrənirsən hələ...Yezdanı verəndən sonra qırmızı əsl
pravanı verəcəylər...

Belə-belə Nazlı atasıyla danışaraq hər şeyi dərindən öyrənib, atasının razılığına çox sevinirdi...

Səhər açılmış, Nazlı hazırlanaraq dərsə yollanmışdı...Sinifə 5
dəqiqə gecikdiyindən, hamı artıq yerini almışdı...Nazlı sinifə daxil
olduğunda Xalidin Nazlıya qarşı düşüncəsi və baxışları dəyişmişdi
artıq....Çünki o Nazlının türk yox Azerbaycanlı olduğunu
öyrənmişdi...........
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 7 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri