1 ailənin 1 aylıq hekayəsi

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 2 813
Səs ver:
(səs: 0)
Bir zamanlar bir-birini dəlicəsinə seven iki cavan var idi.Ailə quracaqlarına və heç vaxt bir-birinin qəlbini qırmayacağına dair əhd-peyman bağlayırlar.Günlər,aylar ötür,nəhayət cavanların hicranına son qoyulur.onlar ailə qururlar,amma getdikcə evliliyin əvvəl xəyal etdikləri kimi olmadığını hiss etməyə başlayırlar.Bir-birilərinə "səni sevirəm" deməsələr de sevmədiklərini də dilə gətirmirlər.Zaman keçir,aralarındakı soyuqluq daha keskin şəkildə hiss olunur.Günlərin biri oğlan xanımına deyir:"gəl bağçamızda bir ağac əkək,əgər 3 aydan sonra quruyarsa,bi də ayrılaq və bu iztiraba son qoyaq.Yox əgər qurumayıb bar gətirsə,ayrılmağı bir daha ağlımıza belə gətirməyək.Və bu müddət ərzində ayrı otaqlarda yataq.Beləliklə ertəsi gün oğlan bir meyvə ağacı gətirir,birlikdə bağçanın ortasında əkirlər.Aradan bir ay keçir,günlərin biri hər iki cavan gecənin qaranlığında bağçanın ortasında qarşılaşırlar.Onların hər ikisinin əlində suqabı var idi.Bu onların bir ay ərzində qarşılaşdıqları ilk gecə idi.
 
YƏQİN Kİ,ƏLAVƏ ŞƏRHƏ EHTİYAC YOXDUR.
HƏR ZAMAN SEVİB-SEVİLMƏK DİLƏYİ İLƏ. :xeyal:
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri