Bir də görəndə...

Müəllif: Love-Girl
Şərhlər: 6
Baxılıb: 2 082
Səs ver:
(səs: 1)
Səni özgəsiylə görəndə bir də
Baxacam gözümü bağlamayacam.
Özüm dərd verəcəm çəkdiyim dərdə‚
Yaşımda qurtarıb ağlamayacam.

Oynadın bir incə məhəbbətim ilə
Nələr çəkdiyimi duymadın belə.
Olsun ki,nifrətlə gələcəm dilə
Bir daha eşqinlə çağlamayacam,

Şirin arzuların yetişib sonu,
Hər ikimiz gözəl bilirik bunu,
Səninlə birlikdə qovacam onu
Həsrəti ürəkdə saxlamayacam.

Özün öz işini bilirsən artıq
Secdiyin qisməti bölmüsən artıq,
Mənimçün yox olub, ölmüsən artıq
Eşqinlə qəlbimi daglamayacam.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri