Əsgərlərimiz üçün şeir!

Müəllif: Love-Girl
Şərhlər: 10
Baxılıb: 3 515
Səs ver:
(səs: 3)
Hünər meydanıdır, ər meydanıdır,
Döz oğlum, bu meydan nər meydanıdır.
Döyüş - igidlikdir, şər meydanıdır,
Murov dağlarının qartal balası,
Əsgər anasıyam, əsgər anası.

Çəkər igidləri qoynuna dağlar,
Dağlar da gileyli, gizlicə ağlar,
Siz, ey qan qisası alan oğullar,
Dağlar - şahinlərin hünər qalası,
Əsgər anasıyam, əsgər anası.

Taleyin hökmü var hər saatında,
Dünya da dəyişdi öz həyatında.
Vətən torpaqları işğal altında...
Düşmənlərdən qisasını alası,
Əsgər anasıyam, əsgər anası.

Yağılar xar olar cəsarətindən,
Azad et torpağı əsarətindən.
El-oba danışsın fərasətindən,
Adın ürəklərdə, dildə qalası...
Əsgər anasıyam, əsgər anası.

Yarın gecələri, açın üzləri,
Başlasın yurdumun ağ gündüzləri.
Adını tarixə yazan yüzlərin
Ürəyində Vətən eşqi yanası,
Əsgər anasıyam, əsgər anası.

Vətən keşikçisi,- ümid çırağım,
Odlu şimşəklərdən möhkəm yarağım.
Sənin qüdrətindən məhv olar yağı,
Rəna nəğməsilə zəfər çalası...
Əsgər anasıyam, əsgər anası.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri