Hiss edək qəlblərin vurmasını bir...

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 2 037
Səs ver:
(səs: 1)
Gəl, gedək dənizə ikimiz birgə,
Duyaq dalğaların coşmasını bir.
Seyredək dalğalı ləpələrini,
Kənardan kükrəyib daşmasını bir.

Baxsın gözlərimiz gözə arada,
Qalaq saatlarla qoşa orada.
Tutaq əlimizi sıxaq sonra da,
Hiss edək qəlblərin vurmasını bir..

Saatdan olmasın hec xəbərimiz,
Qum üstdə ad yazaq qalsın bizdən iz,
Baxsın eşqimizə O,susqun dəniz
Fors edək, naz ataq ədasını bir

...Cıxmayaq şəhərə yaxşıdır bura,
Ayrılıb getsəkdə hayana hara,
Bir busə pay elə hərdən Seymura,
Hifz edək bu anın dadmasını bir...

MÜƏLLİF: SEYMUR SÖNMƏZ
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri