"Daha inanmıram görüşə bilək"..

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2 435
Səs ver:
(səs: 1)
Zaman səni məndən alıb apardi,
Daha inanmıram görüşə bilək.
Səni qətrə-qətrə məndən qopardi,
Daha inanmıram görüşə bilək.

Artıq səsinə də həsrət qalmışam,
Zaman donub qalıb,mən qocalmışam.
Ümüdü satmışam,dərd-qəm almışam,
Daha inanmıram görüşə bilək.

İndi xəyalın da yoxluğun kimi,
Hər gün bir az daha üzür qəlbimi,
Göz yaşım anlatır sənsizliyimi,
Daha inanmıram görüşə bilək.

Eşitdim ki,xoşbəxtliyə yetmisən,
Yeni bir eşqin sorağına getmisən,
Qəlbini özgəyə məskən etmisən,
Daha inanmıram görüşə bilək.

Bahar ömrüm həsrətindən saraldı,
Eşqin cəllad olub məndən can aldı,
Dedilər toyundu dünyam qaraldı,
Daha inanmıram görüşə bilək.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri