"Səndə vəfasızlar sırasındasan..."

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 518
Səs ver:
(səs: 0)
Bəs meni dünyalar qədər sevirdin,
Nə üçün unutdun bu qədər asan?
Hər zaman sədaqət, vəfa deyirdin.
Sən də vəfasizlar sırasındasan....

Sənin də ürəyin yalanla doldu.
Sənində əkdiyin çiçəklər soldu.
Daha başqalardan nə fərqin oldu?
Sən də vəfasızlar sırasındasan.

Sənin də var-dövlət tutdu gözünü.
Səni isə tutmadın heç bir sözünü.
Kimsənin yanında öymə özünü.
Sən də vəfasızlar sırasındasan.

Bu sevgi biçildi mənə çox baha.
Qul etdin nəfsini aciz tamaha.
Başını yuxarı qaldırma daha.
Səndə vəfasızlar sırasındasan.

Hələ də yuxuma qonaq gəlirsən.
Yenə dərin-dərin baxib gülürsən.
Camaat bilməsin, sənki bilirsən.
Səndə vəfasızlar sırasındasan.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri