Mən o zaman sevirdim...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 772
Səs ver:
(səs: 1)
Onda nə qorxum-hürküm,
Nə də bir dərdim vardı.
Yanımda dağ ürəkli,
Dağ kimi mərdim vardı.

Təyyarəmiz uçurdu,
Dağların zirvəsində.
Buludlardan yuxarı -
Üzü dağlara sarı.

Mən girdə pəncərədən,
Seyr edirdim dağlari.
Gözüm, könlüm gülürdü...
Mənə elə gəlirdi:

Ildirimdan qurşağlı
Buzdan papaqlı dağlar.
Bəd ayaqda əzizlər
Məni qoynunda saxlar.

Mən o zaman sevirdim,
Məhəbbətdən dəliydim.
Məni seçən mərdimin
Yeganə gözəliydim.

Bununçün də bilmirdim
Yollar təhlükəlidir.
Sevənlərin görəsən,
Hamısımı dəlidir???

Müəllif - Mirvarid Dilbazi
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri