Küçələrə su səpmişəm

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 634
Səs ver:
(səs: 1)
"Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin"
Qoy bir dərdim yüz olmasın.
Kim qarğış eylədi bizə:
Ilqarimiz düz olmasın?

"Samovara od salmışam"
Sinəmdə od köz olmasın.
"Stəkana qənd salmışam"
Isti çayım buz olmasın!

"Küçələrə su səpmişəm"
Gül düzüb, güldən öpmüşəm,
Gəlməsə o tər bənövşəm
Qoy yarım göz-göz olmasın!

Müəllif - Mirvarid Dilbazi.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri