Ey Könül,yatmagilən ,dur gözün aç,bidar ol!!

Şərhlər: 5
Baxılıb: 2 051
Səs ver:
(səs: 0)
Ey könül, yatmagilən, dur gözün aç, bidar ol!
Xabi-qəflətdən oyan bir, bu zaman hüşyar ol!
Şərqi-əqsayə nəzər qıl, necə gör qovğadır,
Nə qiyamətdü, nə şurişü nə vaveyladır!
Bütpərəst tayifəsi gör nə cəsarət ediyor,
Sülhü asayişi dünyadə o qarət ediyor.
Diplomat dairəsi vəz eliyən qanunu
Hətk edib yer üzünün taifeyi-yapunu.
Rus eskadrasına birdən o şəbxun elədi,
Boylə nalayiq işi dövləti-yapun elədi.
Çün verildi bu xəbər sevgili sultanımıza,
İmperaturi-müəzzəm, şəhi-zişanımıza.
Manifest verdi o dəm ləşkəri-xunaşamə,
Ta ki tənbeh ola ol taifeyi-bədnamə.
Hərb elanı təmamən dağılıb dünyayə –
Ki, yapon dövləti-rus ilə durub dəvayə.
Sadiqül-qövl rəiyyətlər ediblər hümmət,
İmperaturə dilü can ilə qılsın xidmət.
Biri sursat, birisi pul, birisi can verdi.
Biri öz canını sultanına qurban verdi.
Əmr edibdir üləma sinfinə şeyxülislam –
Ki, məsacidlərə dəvət oluna xasü əvam.
Çağıraq suzi-cigərdən hamımız Allahı –
Ki, müzəffər edə bu rəzmdə şahənşahı.
Çün yetişdi bu xəbər nahiyeyi-Şirvanə,
Hansı Şirvan ki, olub zəlzələdən viranə.
Sabiqən elmi-qəzavətdə dəbiri-qazi,
Haliya məsnədi-izzətdə müdiri-qazi,
Yəni Əbdülhüseynzadə, o şəxsi-tahir,
Üləma firqəsini eylədi küllən hazir.
Edibən zöhr namazını cəmaətlə əda,
Pəs çıxıb minbərə səsləndi ki, ey əhli-vila,
Bilin, ey qövm, bu günlər nə fəraqət dəmidir,
Cümlə məcruhə bu günlərdə ianət dəmidir.
Malü can ilə köməklik eləyin sultanə,
Həq-taala bu təriq ilə yazıb Quranə.
Saniyən, cümlə bu mətləbdən olun siz agah,
Əmr edibdir sizə bu barədə bir alicah,
Nüktədayi-rəhi-din, hadiyi-küll, fəxri-ənam,
Şiəməzhəblərə Qafqasdə şeyxülislam,
Buyurub şeyx hər ol kəs ki, müsəlman olsun,
İmperaturə gərəkdir ki, sənaxan olsun.
Əmri-baridir səlatinə itaət vacib,
Bu itaətdə müsəlləmdi ianət vacib.
Hamılıqnan deyin, ey qövm ki, ey bari-xuda,
İmperaturimizə ömri-təvil eylə əta,
Daima rəzmdə əfvacını mənsur eylə.
Düşmənin kor elə, məğlub elə, məqhur eylə.
Çün yetirdi bu məqamə sözü ol mürşidi-din,
Xəlqdən çıxdı göyə nəreyi – Amin! Amin

Abbas Səhhət.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri