Daha sənə şeir yazmaz bu əllər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 058
Səs ver:
(səs: 1)
Daha sənə şeir yazmaz bu əllər
Daha sənə gül bitirməz torpağım
Daha səni qorumayan ağacam
Deməyəcəm" Yarpağımsan... yarpağım"

Yolun açıq, hara getsən yaxşı yol!
Harda varsa axtardığın tap indi...
Mən də qatım unutmaqla başımı
Çıx yadımdan elə bu gün, lap indi.

Çıx.. adına qurban dedim ömrümü
Xərçəng yedi ömürüm də tükəndi
Nə yazdımsa dedilər "bəhanədi"
Dedilər ki "şairlər dərd çəkəndi.."

Sən baş qoşma gileyimə sözümə
Sən bilirsən yaddaşımı... zəifdi
Mən deyirəm "xatirəni götür get"
Sən deyirsən "şeirlərin heyifdi..."

Sənə daha sözüm yoxdu deməyə
Son sözümsən dodağımdan qop görüm!
Evin idim, ocağındım, odundum.
İndi harda yaşayıram... tap görüm!

Sən oxşayıb saclarını hər səhər
Öz-özünə deyərsən ki: "Ağarma..'
Mənsə şeir yazacağam sacıma
Yalvaracam: "ağrıma daa... ağrımaa!"

Müəllif: Bahar Zamanı
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri