Məktub...

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 278
Səs ver:
(səs: 2)
Sənə məktub yazıram
Yazıram ki,bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar

Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən...pinti olur
Yalqızların yatağı

Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy

Çirkli ayaqqabılar...
Dibi yanmış qazança...
Bir qırıq da ümid var..
qayıdacaq haçansa...

Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi

Hələ bunun gecələr
içib ağlamağı var,
Saçın daramamağı
saqqal saxlamağı var

Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək

Dərd ağır, hava da pis
Ara vermir yağışlar
Sənə məktub yazıram
Yazıram ki, Bağışla...

Müəllif: Aqşin Yenisey - Poezia
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri