Müasir iblis...

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 678
Səs ver:
(səs: 0)
"İblis nədir?
— Cümlə xəyanətlərə bais...
"Oxudu təkrar-təkrar,
oxudu aciz-aciz
Oxuyurdu cümləni,
oxuyurdu qəzəblə,
Sonra səmaya baxıb
«Yox, mən deyiləm belə»
Dedi pıçıltı ilə.
Xəstəxana önündə
Bircə kitab əlində
Gəlmiş idi aparsın evə öz arvadını.
Abort ilə götürdüb növbəti uşağını.
Evdə onları gözlər kiçik bircə balası,
İkinci uşağasa çatmır əmək parası.
Kitabısa almışdır metronun çıxışında
Cəmi iki manata adsız qocadayıdan.
Gözləri sataşmışdır, sanki gördü özünü,
O qədər adlar içrə sezib"İblis" sözünü.
Sayırdı o özünü qatili diləklərin:
— Hanı bəs yeddi oğul?
Hanı bircə qız-gəlin?
Düşündü biixtiyar məktəbdəki illəri.
Heç önəmsəmədiyi şeirdən sətrləri
Gülüb özünə dedi:
«Sən niyə ağlayırsan?
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!»
Bu zamansa arvadı enirdi pilləkəni,
Cənnətə təhvil verib doğulmayan körpəni.
Qəlbində utanc hissi, gəldi əri tərəfə,
Salam-kəlamsız dedi
«Nə olar, gedək evə.»
Fəhlə dedi qəlbində
«Bağışla, Allah, məni.
Kaş gələrkən mən bura kəsərdin dizlərimi.»
Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
Çünki dönmür Cənnətdən geri körpə mələklər.
Abort edib uşağı gedirdilər vaqona,
Körpə səmaya doğru, onlar— yerin altına.

Müəllif:Cavidan Hacıyev
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri