Şəki

Şərhlər: 3
Baxılıb: 1 626
Səs ver:
(səs: 0)
Dünki* bir lövhə ki, hər səmti viran,
Dünki bir sinə ki, başdan-başa qan.
Dünki hicranla, səfalətlə gülən,
O gülüşlərlə belindən bükülən
Yeni bir səhnədə cövlan edirəm,
Sisli, yağmurlu sokaklar** gedirəm.
Qəlbi yox, duyğusu yox, şir kimi nər
Bu yerin dağları hər gün bəzənər.
Bəzənər, sanki xəyalımla tanış,
Nə qədər fitri, gözəl bir yaranış
Ki, dəyişməm onu heç bir gözələ.
Bir zaman bəlkə də əllərdən ələ
Düşərək ömür eləmiş zillətlə.
Əski, pək əski röya, bidətlə***...
Hələ çaylardakı coşqun cərəyan,
Bana bir başqa xəyalatı bəyan
Ediyor. Böylə deyirlər ki, bu gün
Ucalır göylərə bir şanlı dügün.
Bən də təbrik edirəm iş bu halı,
Artacaq yurdumun əlbət cəlalı

Səməd Vurğun.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri