Təkçə səni sevəcəyəm

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 3 068
Səs ver:
(səs: 1)
Sevmişdim qəmsiz dunyanı,
Dumansız, cənsiz dunyanı.
Neylərəm sənsiz dunyanı,
Həsrətindən öləcəyəm,
Ömrüm inan bu dunyada
Təkcə səni sevəcəyəm.

Demirəm ki, meni anla,
Bu sevən könlümü danla.
Ayrılıgı damla- damla,
Kipriyimə düzəcəyəm.
Ömrüm inan bu dunyada
Təkcə seni seveceyem.

Arzularim hədər olsa,
Günlerim dərd, kədər olsa,
Bağçamda güllərim solsa,
Dərd ekib,qəm biçəçəyəm.
Ömrüm inan bu dunyada,
Təkce səni sevəcəyəm.

Eşqin sonu ölüm olsa,
Həyat mənə zülüm olsa,
Odum sönse ,külüm qalsa,
Bu sevdaya dözəcəyəm.
Inan soyuq məzarda da,
Təkçə səni sevəcəyəm.

Bu dunyada səninləyəm,
Ölsem sanma bitəcəyəm.
Torpaqların altında da,
Vusalına yetəcəyəm.
Bil ki, dünya ,hem axiret,
Təkcə səni səvəcəyəm.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri