Mən səni hələ də unutmamışam!..

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 966
Səs ver:
(səs: 0)
Mən səni hələ də unutmamışam!
Nə olsun quruyub gözmün yaşı?
Nə olsun geriyə qayıtmamışam?
Hələ də ağrıyır bağrımın başı,
Mən səni hələ də unutmamışam.˚
***

Nə olsun həyatda keçir illərim,
Solub pəncərədə bütün güllərim.
Adını duyanda əsir əllərim,
Mən səni hələ də unutmamışam.
***

Atmadım gülləri saralsa belə
Yarpağı quruyub, qaralsa belə.
Yanımda özgəsi var olsa belə,
Mən səni hələ də unutmamışam.
***

Ötən xatirələr məni yandırır,
Qəlbimə od vurub, alovlandırır.
Həzin musiqilər səni andırır,
Mən səni hələ də unutmamışam.
***

Baxışın əbədi iz qoyub məndə,
Gülüşün gül olub yaşıl çəməndə.
Bilirəm bu sözü deyirsən sən də,
Mən səni hələ də unutmamışam.***

müəllif: Nüsrət HƏSƏN Sabirabadlı
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri