Necə unudum səni

Müəllif: Gülşən
Şərhlər: 6
Baxılıb: 2 545
Səs ver:
(səs: 0)
Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyim də gedib, yuxum da gedib.

Bir anlıq dincəlim, yuxlayım deyə,
Bircə əlacım var- unutmaq səni.
Od kimi, su kimi bilmirəm niyə
Hər yerdə yaradıb bu torpaq səni.

Səyyar oluramsa, göz işlədikcə
Əvvəli, sonu yox bir duz olursan.
Mən səni gecələr unutsam- gecə,
Gündüzlər unutsam- gündüz olursan.

Dağlara çıxıram, şimşəklər sənsən,
Saçımı dağıdan küləklər sənsən.
Bəlkə də bir simli iki sazıq biz,
Sən qansan, mən ürək, ayrılmazıq biz.

Qoy bir an ürəyim rahat döyünsün,
Bu qədər insafsız olmaz ki adam!
Yox, səni bir anlıq unutmaq üçün
Özümü bir yolluq unutmalıyam!

( Məmməd Araz )
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri