Mən hara gedim ki, sən olmayasan?..

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 3 030
Səs ver:
(səs: 2)
İnan ki yadımda, hər halın qalıb.
O qədər cavabsız, sualın qalıb.
Sən özün getmisən, xəyalın qalıb.
Mən hara gedim ki, sən olmayasan?

Mən nəyə baxıram, səni görürəm.
Özgəyə baxıram, səni görürəm.
Güzgüyə baxıram, səni görürəm,
Mən hara gedim ki, sən olmayasan?

Nə olar görünmə daha gözemə!
Nə gəlmə arxamca, düşmə izimə!
Başqa bir dünyamı tapım özümə?
Mən hara gedim ki, sən olmayasan?

Sən axı yerimi hardan bilirsən?
Uzaqdan halıma, baxıb gülürsən,
Yuxuya gedirəm, yenə gəlirsən.
Mən hara gedim ki sən olmayasan?
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri