Bir dənəsən

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 481
Səs ver:
(səs: 0)
Gözəllər içrə sən,ey mahiparə bir dənəsən.
Gözəllərin gözüsən,zülfü qarə,bir dənəsən….

Gülüzlü nazli sənəmlər düşər qədəmlərinə.
Bu çeşmi-mest ile qılsan işarə bir dənəsən…

Sən olmasan,məni hicran qəmi həlak eylər.
ŞikƏstə könlümə aləmdə çarə birdənəsən…

Zəmanə əhlinə məşhursan gözəllikdə.
Bu sirr gizli deyil,aşikare,bir dənəsən…

Rəqibi qoyma yaxin vəsline,xəyanet edər.
Ki,qorxuram,səni çəksin kənarə,bir denesen…

O zövqü dövləti-dünyayə vermərəm,hərdən.
Məni fəqirə də qılsan nəzarə,bir dənəsən…

Gözəl həyatini,Vahid,fənaya sərf etmə.
Səni zəmanə yetirməz dübarə,bir dənəsən

Müəllif: Əliağa Vahid
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 481
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri