Doğurdanmı qocalıram?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 9 255
Səs ver:
(səs: 3)
Ağ saçlara dəydi gözüm,
Baxdı oğlum,baxdı qızım,
Min sualla dindi sazım,
Bu nə qardı bu nə boran,
Doğurdanmı qocalıram.

Ötən günlər dönməz geri,
Nə tez aşdım zirvələri,
Indi budur pillələri,
Mən qalxıram aram-aram,
Doğurdanmı qocalıram

Azaldıqca nur gözümdən,
Nalə qopur hər sözümdən,
Tükəndikcə güc dizimdən,
Xəyallara mən dalıram,
Doğurdanmı qocalıram

Toplasaqda min gül çiçək,
Arzu sonsuz ömür gödək,
Geri dönən gəmilərtək,
Sahillərə yan alıram,
Doğurdanmı qocalıram
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 9 255
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri