Öləsən günün biri qayıdıb baxasan sevdiklərinə

Müəllif: Aykam2001
Şərhlər: 3
Baxılıb: 2 711
Səs ver:
(səs: 3)
Öləsən günün biri
Qayıdıb baxasan sevdiklərinə
Görəsən darıxan kimdi
Görəsən unudan kim
Görəsən nə cür quruyub göz yaşları
Kimlər sənin əvəzinə yer alıb
Baxasan ki,
Hərkəs gülür
Anan yanır dərdinə
Saç ağarıb, göz qaralıb
Görəsən ki bir tək odur yaralı
Hərkəs sağlam,
Hərkəs gülür arxandan
Sevdiyin də 3 gün 5 gün ağlayıb
Başqasına gülümsəyir kənardan
Torpağının ot, tikan
Qanqal örtüb üstünü
Ətrin yoxdu evinizdə
Ancaq anan,
Qoxusunu körpəlikdən əzbər bilir övladının
Baxasan ki, dost, tanışın
Unudubdu qəbrini
Heç kim xatırlamır səni
Bircə ağarmış saçıyla
Anan bilir qədrini... #
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri