Ana şeiri

Müəllif: Love Angel
Şərhlər: 14
Baxılıb: 2 844
Səs ver:
(səs: 1)
Elə ki göz açdım isti qucağında,
O zaman anladım sənsən dayağım.
Lay-lay söyləyərkən sən qulağıma,
Hər zaman yanımda sənsən anladım.

♡♡♡♡♡

Hörərkən saçımı sən əllərinlə,
Gördüm gözəlliyi öz gözlərimlə.
Dayandım bir anlıq,çəkildim geri,
Bütün nəfəsimlə çəkdim iyini.

♡♡♡♡♡

Bilirəm,hər zaman nəsihətlərin,
Qulağımda bir sırğa qalacaq mənim.
Unuda bilmərəm mən bu sözləri,
Çoxdur mənim üçün onun dəyəri!
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 2 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri